Hesse-Kasselli Avqusta Vilhelmina Luiza (; ) — Hesse-Kasselli Frederikin qızı, Kembric hersoginyası.
25 iyul 1797-ci ildə Offenbax am Maynda dünyaya gəldi. Atası Hesse-Kassel landqrafı II Frederikin oğlu şahzadə Frederik, anası isə Nassaulu Karolinadır. Ata şəcərəsindən Britaniya kralı II Georqun nəticəsi idi.
7 may 1818-ci ildə Kasseldə Kembric hersoqu Adolf Frederiklə evləndi. Üstəlik seçilən bəy namizədi özü kimi Britaniya kralı II Georqun nəticəsi idi. 1 iyunda Bukingem sarayında baş tutan ikinci toy mərasiminin ardından Kembric hersoginyası ünvanı aldı. Cütlüyün bu nigahdan 3 övladı doğuldu.
Georq (1819–1904) Avqusta (1822–1916) Mariya Adelayd (1833–1897)
Evləndiyi əsnada əri Britaniya kralının Hannover qubernatoru idi. Bu səbəblə cütlük Hannoverdə məskunlaşdı və 1837-ci ilədək bu vəzifəni davam etdirdilər. Həmin il Kraliça Viktoriyanın taxta çıxmasıyla vəzifədən alındı və cütlük Britaniyaya döndü. Burada Sent-Ceyms sarayına məskunlaşdılar. Ərinin 1850-ci ildə vəfatından sonra dul qaldı. 6 aprel 1889-cu ildə vəfat etdi. Cənazəsi Kyudakı Müqəddəs Anna kilsəsinə dəfn edilsə də, 1930-cu ildə əriylə birlikdə qalıqları Vindzor qalasındakı Müqəddəs Corc kilsəsinə daşındı.
Mənbə
Ədəbiyyat
Eilers Koenig, Marlene (October 2020). "The Marriage of the Duke and Duchess of Cambridge". Royalty Digest Quarterly
İstinadlar