thumb|300px|"Dan ulduzu" instrumental ansamblı məşq zamanı

"Dan ulduzu" instrumental ansamblı — Azərbaycan musiqi ansamblı.

Tarixi "Dan ulduzu" kamera-instrumental ansamblı 1966-cı ildə pianoçu, əməkdar incəsənət xadimi Gülarə Əliyeva tərəfindən yaradılmışdır. Gülarə Əliyeva ansamblın həm bədii rəhbəri və yaradıcısı, həm də fortepiano partiyalarının ifaçısı idi. Ansamblın repertuarına yalnız peşəkar bəstəkarların əsərləri daxil edilirdi.

"Dan ulduzu" ansamblının adını xalq şairi Nəbi Xəzri təklif etmişdir. Ansambl ilk çıxışından etibarən tanınmış və tezliklə dövlət tədbirlərinə, konsertlərə və xarici qastrol səfərlərinə dəvət olunmuşdur. Suriya, Livan, Əlcəzair, İsveçrə, Almaniya, Qvineya, Bissau "Dan ulduzu"nun qastrol səfərlərində olduğu dövlətlər sırasındadır.

Flora Kərimova, Akif İslamzadə, Yalçın Rzazadə, Hüseynağa Hadiyev və digər ifaçılar "Dan ulduzu"nun solistləri olmuşlar. 1975-ci ildə isə Zeynəb Xanlarova "Dan ulduzu" ilə bir silsilə proqramla dövlət konsertlərində çıxış etmişdir. Məmmədbağır Bağırzadə, tarzən Zamiq Əliyev, pianoçu Həsənağa Qurbanov, qaboy ifaçısı Kamil Cəlilov da ansambla dəvət edilmişlər.

Xədicə Abbasova, Şəbnəm Tapdıq, Züleyxa Mirismayılova və digər ifaçılar "Dan ulduzu" ilə məşhurlaşmışlar. Gülarə Əliyeva Azərbaycanın müxtəlif bölgələrindən olan musiqiçiləri də kollektivə dəvət etmişdir. O, müğənni Cavad Rəcəbovu Lənkərandan, Məhəbbət Kazımovu isə Laçından Bakıya dəvət edib onlarla bir neçə mahnı yazdırmaqla ansambla cəlb etmişdi. Gülarə xanımın rəhbərlik etdiyi "Dan ulduzu" instrumental ansamblı tezliklə Azərbaycan televiziyası və radiosunun ştatına keçirilmişdi.

İstinadlar

Xarici keçidlər DayAz radiosunda "Solo verilişində — "Dan ulduzu" ansamblı haqqda

Kateqoriya:Musiqi qrupları Kateqoriya:Azərbaycan musiqi qrupları