Busalla — İtaliyanın Liquriya regionunda, Genuya böyükşəhər ərazisində yerləşən şəhər və kommunadır. Genuya şəhərindən təxminən 27 km şimalda yerləşir.

Kommunanın ərazisindən Skrivia çayının yuxarı vadisi keçir. Yaxınlıqda süni şəkildə yaradılmış Busalletta gölü yerləşir.

Tarixi Busalla haqqında məlum olan ilk yazılı məlumat 1192-ci ilə aid sənəddə qeyd olunub. Sonralar yaşayış məntəqəsi burada qala inşa etdirən Spinola ailəsinin mülkiyyətinə keçib. Növbəti əsrdə Qvelflər və gibellinlərin üsyanları zamanı qala bir neçə dəfə talan edilib.

XVI əsrdə yenidən xarabalığa çevrilmiş qala Spinola ailəsi üçün yeni sarayın tikintisində əsas kimi istifadə olunub. 1728-ci ildə Busalla Genuya Respublikasının tərkibinə daxil edilib. 1815-ci ildə isə Genuya ilə birlikdə Sardiniya krallığına birləşdirilib.

Həmçinin bax Aliano Aqerola Artena Asso Atina

İstinadlar

Kateqoriya:İtaliya şəhərləri