thumb|280px|Prjevalski atı

Prjevalski atı () — atlar fəsiləsini cinsinə aid otyeyən təkdırnaqlı məməli heyvan. Mərkəzi Asiyada ilk dəfə N. M. Prjevalski (1879) təsvir etmişdir. Kəkilsiz, yalının dik və qısa, quyruğunun və həmçinin başının böyük olması, eləcə də dözümlülüyü ilə ev atlarından fərqlənirhttps://525.az - Cəmiyyət və maraq hissi. İstifadə tarixi: 3 dekabr 2025.. Erkəklərinin bədəninin uzunluğu 2,3 m-dək, süysününün hündürlüyü 1,3 m-dək olur; dişiləri bir qədər kiçikdir. Cunqariya səhralarında yaşayırdı. Avropanın, Amerikanın bir sıra zooparklarında olan atlar əsl atların yeganə vəhşi növüdür. 5—20 fərddən ibarət sürülərlə yaşayırdı. Ev atları ilə cütləşdirildikdə məhsuldar nəsil verir.

Həmçinin bax

Prjevalski ceyranı

İstinadlar

Kateqoriya:Atlar Kateqoriya:Avropa məməliləri Kateqoriya:Qırmızı kitab siyahısında nəsli kəsilməkdə olan növlər Kateqoriya:Asiya məməliləri Kateqoriya:1881-ci ildə təsvir edilən heyvanlar Kateqoriya:1881-ci ildə təsvir edilən taksonlar Kateqoriya:Beynəlxalq Qırmızı Kitab Kateqoriya:Çində təbiətşünaslıq