Daşbulaq — Azərbaycan Respublikasının Şəki rayonunun Daşüz kənd inzibati ərazi dairəsində kənd.
Təbiəti Yayda sərin, Qışda mülayim iqlimə malikdir
Ərazisi Yevlax-Zaqatala yolunun üzərində yerləşir. Daşüz kəndindən 6km məsafədədir.
Sağ hissədən Kiçik Dəhnə
Sol hissədən Qax rayonunun kəndləri ilə həm sərhəddir
Tarixi Şəki rayonunun Qaradağlı inzibati ərazi vahidində kənd. Daşüz silsiləsinin ətəyindədir. XIX əsrin əvvəllərində Qərbi Azərbaycandan (indiki Ermənistan) çıxmış ailələrin Daşbulaq adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır"Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007..
Əhalisi Kəndin əhalisi 469 nəfər təşkil edir ki, onun da 246 nəfəri kişi, 223 nəfəri isə qadındır.
Kənddə bir modul tipli 9 illik məktəb var.
İstinadlar
Kateqoriya:Şəki rayonunun kəndləri