Mahmud ağa Qənizadə () — Azərbaycan jurnalisti, naşir, tarixçi, inqilab xadimi.

Həyatı Cənubi Azərbaycanın Salmas şəhərində doğulmuş, Təbrizdə vəfat etmişdir.

Dini – dünyəvi təhsilini valideynlərindən, görkəmli üləmalardan və məktəbdarlardan almış, ərəb, ingilis, fars, fransız, türk dillərini müstəqil öyrənmişdir. İran inqilabının (1906–11) iştirakçısı, Səttar xanın şəxsi katibi, Təbriz əncüməninin üzvü, azəri dili və ədəbiyyatının təbliğatçısı idi. 1907-ci ildən jurnalistlik fəaliyyətinə başlamış, ömrünün sonlarınadək bu sahədə çalışmışdır. "Fəryad" (Urmiyə, 1907), "Əncümən" (Təbriz, 1908–09), "Mühakimat" (Avropada, 1909), "Gavə" (Berlin), "Səhənd" (Təbriz, 1925-ci ildən) qəzetlərinin redaktoru, müdiri və naşiri olmuşdur.

Mənbə Şahverdiyev A. B., Azərbaycan mətbuatı tarixi, "Təhsil" nəşriyyatı, 2006

Kateqoriya:Cənubi Azərbaycan tarixi Kateqoriya:İran Məşrutə inqilabı Kateqoriya:Salmasda doğulanlar Kateqoriya:Təbrizdə vəfat edənlər Kateqoriya:İran Məşrutə inqilabının tərəfdarları