Badaşqan (əvvəlki adı: Bədəşxan) — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yarımca kənd inzibati ərazi dairəsində kənd. 1 mart 2003-cü il tarixli 423-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yarımca kənd inzibati ərazi dairəsi tərkibindəki Bədəşxan kəndi Badaşqan kəndi adlandırılmışdır.
Toponimikası Tədqiqatçıların mülahizəsinə görə, badaşqan "qəlbən bir olanlar, yaxın, qohum" deməkdir. Lakin həmçinin kəndin adının hazırkı Əfqanıstanın şimal-şərqi və Tacikistanın şərqindəki tarixi dağlıq Bədəxşan bölgəsi ilə də əlaqəli ola bilər. Bu adda Əfqanıstanda Bədəxşan vilayəti, Tacikistanda isə Dağlıq Bədəxşan (Kuhistoni Badaxşon) Muxtar Vilayəti mövcuddur.
Tarixi
Tarixi abidələri Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Coğrafiyası və iqlimi Kənd Naxçıvan düzündə yerləşir.
Əhalisi İl Daimi əhali Kişilər Qadınlar19992691351342009↗369↗181↗188
İqtisadiyyatı
Mədəniyyəti Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.
Təhsil Kənddə təhsil müəssisəsi mövcud deyil.
Din Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Səhiyyə Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
İstinadlar
Xarici keçidlər
Həmçinin bax
Kateqoriya:Babək rayonunun kəndləri Kateqoriya:Yarımca (Babək) kənd inzibati ərazi dairəsindəki yaşayış məntəqələri