Zeynəddin — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Zeynəddin kənd inzibati ərazi dairəsində kənd. 30 sentyabr 2003-cü il tarixli 500-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Zeynəddin kəndi Kərimbəyli kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Zeynəddin kənd inzibati ərazi dairəsi yaradılmışdır.

Toponimikası 1727-1728-ci illərdə qeydə alınan bu kəndin tarixi daha qədimlərə gedib çıxır. Zeynəddin antroponim addır. Kəndin əsası həmin şəxs tərəfindən qoyulub. K.N.Smirnov isə belə hesab edir ki, kənd burada yaşayan hər hansı sufinin adı ilə əlaqədardır.

Kəndin keçmiş adı Zeynəddin məzrəsi olmuşdur. Güman etmək olar ki, kəndin ərazisi Zeynəddin adlı şəxsə məxsus əkin sahəsi olmuşdur və sonralar burada yaranan yaşayış məntəqəsi həmin əkin sahəsinin adı ilə bağlıdır.

Tarixi

Tarixi abidələri Zeynəddin kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: İnventar № Abidənin adı Tarixi Yerləşdiyi ünvan Növü Əhəmiyyət dərəcəsi1875Dəyirmanyeri yaşayış yeri E.ə.V-III əsrlərZeynəddin kəndiArxeolojiÖlkə

Coğrafiyası və iqlimi Kənd Zəngəzur silsiləsinin ətəyində yerləşir.

Əhalisi İl Daimi əhali Kişilər Qadınlar19992535118713482009↗2874↗1355↗1519

Təhsil Kənddə Zeynəddin kənd tam orta məktəbi fəaliyyət göstərir.

İstinadlar

Xarici keçidlər

Həmçinin bax

Kateqoriya:Babək rayonunun kəndləri Kateqoriya:Zeynəddin kənd inzibati ərazi dairəsindəki yaşayış məntəqələri