Abasalılı, Abasallı, Abasəlikənd — Azərbaycan Respublikasının Neftçala rayonunun Tatarməhlə kənd inzibati ərazi dairəsində kənd.

Tarixi Neftçala rayonunun Tatarməhlə inzibati ərazi vahidində kənd. Salyan düzündədir. Son illərdə Abasəlikənd variantında rəsmiləşdirilmişdir."Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.

İqtisadiyyatı Heyvandarlıq, pambıqçılıq, taxılçılıqla məşğuldur. Məktəb, kitabxana, tibb məntəqəsi var.Azərbaycan coğrafiyası. Ensiklopedik lüğət. — Bakı: "GÜNƏŞ" nəşriyyatı, 2011.

Əhalisi Əhalisi 717 (2008)

Xarici keçid

İstinadlar

Kateqoriya:Neftçala rayonunun kəndləri