Daşkənd — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. 13 iyun 2008-ci il tarixli 646-IIIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Yardımlı rayonunun Yardımlı qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Daşkənd kəndi Yardımlı qəsəbəsi ilə birləşdirilmiş və bu kənd Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılmışdır.

Toponimikası Oykonim daş (burada "qaya") və kənd (yaşayış məntəqəsi) komponentlərindən düzəlib "qayada yerləşən kənd" mənasındadır. Özbəkistanda Daşkənd adlı vilayət və yaşayış məntəqəsi var.

Tarixi

Coğrafiyası və iqlimi Kənd Peştəsər silsiləsinin ətəyində yerləşir.

Din Kənddə Daşkənd məhəllə məscidi dini icması fəaliyyət göstərir.MÜSƏLMAN DİNİ İCMALAR - 2018-ci ildə qeydiyyatdan keçənlər . scwra.gov.az

İstinadlar

Həmçinin bax

Kateqoriya:Yardımlı rayonunun ləğv olunmuş kəndləri Kateqoriya:2008-ci ildə ləğv olunan yaşayış məntəqələri