Qara Nuru (əvvəlki adları: Nikolayevka; Petropavlovka; Krasnoselski) — Azərbaycan Respublikasının Saatlı rayonunun Qara Nuru kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Saatlı rayonunun Krasnoselski kəndi Qara Nuru kəndi adlandırılmışdır.

Kəndin adı 29 dekabr 1992-ci ilə qədər Krasnoselski olmuşdur. Kəndin keçmiş adlarından biri – Nikolayevka, rus çarı I Nikolayın şərəfinə qoyulmuşdu. Bu adın ona 1909-cu ildə verildiyi deyilir. Amma rusdilli əhalinin bura köçürülməsi 19-cu əsrin sonlarına təsadüf edir.

Əhalisi Qara Nuru kəndi Saatlının ən iri yaşayış məntəqələrindən biridir. Əhalisinin sayı 2009-cu ildə 6258 nəfərdir.Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010. Sonrakı illərdə əhali sayı 7 min nəfəri keçmişdir. Əhalinin milli tərkibi də maraq doğurur. Kənddə azərbaycanlılardan başqa, az sayda Axısqa türkləri, ruslar, ukraynalılar, belaruslar da var.

Toponimikası Saatlı rayonunda kənd. Muğan düzündədir.

Çarizmin köçürmə siyasəti nəticəsində rus kəndliləri məskunlaşdıqdan sonra kəndin adı dəyişdirilərək Petropavlovka adlandırıldı. Sovet hakimiyyəti zamam inqilab rəmzi kimi kəndə Krasnoselski adı verildi. 1992-ci ildə kəndin əsl adı bərpa edildi. Ehtimal ki, kəndin adı Qara Nuru şəxs adındandır.

Təhsil Kənddə ümumi orta məktəb fəaliyyət göstərir. 2018/2019 tədris ilindən bu məktəbdə uşaqlarla yanaşı valideynlərə də dərslər keçirilir.Bu məktəbdə valideynlərə dərs keçilir (VİDEO) . qaynarinfo.az, 24.10.2018

Din Kənddə "Fatimeyi–Zəhra" məscidi dini icması fəaliyyət göstərir.MÜSƏLMAN DİNİ İCMALAR - 2018-ci ildə qeydiyyatdan keçənlər . scwra.gov.az

Tanınmış şəxsləri Ariz Məhərrəmov — İkinci Qarabağ müharibəsi şəhidi. Emin Mahmudov (1992–) — Azərbaycan milli futbol komandasının və Neftçi PFK klubunun futbolçusu. Zahid Əskərov — Birinci Qarabağ müharibəsi şəhidi.

İstinadlar

Xarici keçidlər

Həmçinin bax

Kateqoriya:Saatlı rayonunun kəndləri