Keçikli — Azərbaycan Respublikasının Zəngilan rayonunun Zəngilan şəhər inzibati ərazi dairəsində kənd.

2020-ci il noyabr ayının 9-u Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.

Keçikli kəndi Əsgülüm dağının yamacındadır. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsi XIX əsrdə Cənubi Azərbaycanın Qaradağ mahalından gəlmiş məmmədkərimli tirəsinə mənsub ailələr və Naxçıvanın Husulu kəndindən çıxmış ailələr tərəfindən dağda keçid yerində salınmışdır. Oykonim kecik (kecid) sözündən və –li mənsubluq şəkilçisindən düzəlmişdır. Bəzi tədqiqatçılar isə kəndin adını mənşəcə oğuz tayfalarından olan keçililərin adı ilə bağlayırlar.

1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.

İstinadlar

Kateqoriya:Zəngilan rayonunun kəndləri Kateqoriya:Əhalisi olmayan yaşayış məntəqələri