Gülüzanbinə (GülüzənbinəAzərbaycan Respublikasının inzibati–ərazi vahidləri. — Kənd rayonları, səhifə 853. // Azərbaycan Milli Ensiklopediyası. 25 cilddə. Məsul katib akademik T. M. Nağıyev. "Azərbaycan" cildi. Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi, 2007, 884 səhifə. ISBN 9789952441017) — Azərbaycan Respublikasının Balakən rayonunun Hənifə kənd inzibati ərazi dairəsində kənd.

Tarixi Alazan-Əyriçay çökəkliyindədir. Yaşayış məntəqəsi XIX əsrdə yaranmışdır. Tədqiqatçılara görə, kəndin adı Gülüzən (şəxs adı) və binə sözlərindən düzəlib, "Gülüzənin binəsi" mənasındadır. Lakin kəndin adının buradakı ucsuz-bucaqsız gül bağları ilə əlaqədar olması da mümkündürAzərbaycan toponimlərinin ensiklopedik lüğəti. iki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007, səh.304 .

İstinadlar

Xarici keçidlər Balakən Rayonu http://www.azstat.org/region/az/005_1.shtml Bələdiyyə İnformasiya Sistemi Balakən Rayonu

Kateqoriya:Balakən rayonunun kəndləri