Surra — Azərbaycan Respublikasının Şabran rayonunun Şabran şəhər inzibati ərazi dairəsində kənd.
Tarixi Hazırda kənd statusuna malik deyil. Şabran şəhərinin Surra küçəsi kimi qeyd edilir.
Coğrafiyası və iqlimi Kənd Şabran rayon mərkəzi yaxınlığında yerləşir. Dəvəçiçay Surranın mərkəzindən keçir. Bu çay əhalinin içməli su və kənd təsərrüfatında işlədilən suya olan tələbatını ödəyir.
Əhalisi 1886-cı ilin ailə siyahılarından çıxarılmış Zaqafqaziya vilayəti əhalisinin sayına dair statistik məlumatlara əsasən, Bakı quberniyasının Quba qəzasının Əmirxanlı kənd dairəsi, Surra kəndində 30 tüstü və 177 nəfər şiə təriqətli müsəlman azərbaycan türkü yaşayırdı (mənbədə — "tatarlar"). Kəndin əhalisi 500 nəfərə yaxındır.
İqtisadiyyatı Kənd əhalisi əsasən bağçılıq, bostançılıq və ticarətlə məşğul olur.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Şabran rayonunun kəndləri