Muğan (əvvəlki adı: Svetlaya Zarya) — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Muğan kənd inzibati ərazi dairəsində kənd. 27 mart 2001-ci il tarixli 110-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Cəlilabad rayonunun Svetlaya Zarya kənd inzibati ərazi dairəsi tərkibindəki Svetlaya Zarya kəndi Muğan kəndi, Svetlaya Zarya kənd inzibati ərazi dairəsi Muğan kənd inzibati ərazi dairəsi adlandırılmışdır.

Toponimikası Yaşayış məntəqəsi Cənubi Azərbaycanın Muğanlı kəndindən köçüb gəlmiş mollahəsənli, mehdili və cabbarlı nəsillərinə mənsub ailələr tərəfindən salınmışdır. Oykonim türkdilli Azərbaycan tayfası olan muğanlıların adı ilə bağlıdır. Muğanlı tayfa adı XVI əsrin əvvəllərindən məlumdur. Sonralar mənbələrdə şahsevənlərin tərkibində müstəqil tayfa kimi qeydə alınmış muğanlılar XIX əsrin əvvəllərində 8 tirədən ibarət olmuşlar. Tayfa Muğan düzündə yaşadığına görə həmin düzün adı ilə adlandırılmışdır. Azərbaycan ərazisində Muğan adı ilə bağlı 18 yaşayış məntəqəsi mövcuddur.

Coğrafiyası və iqlimi Kənd düzənlik ərazidə yerləşir.

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2018 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Cəlilabad rayonunun kəndləri