Privolnoye () — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Privolnoye kənd inzibati ərazi dairəsində kənd.

Tarixi Privolnoe kəndinin əsası 1839-cu ildə buraya çar hökuməti tərəfindən sürgün olunmuş kəndlilər tərəfindən qoyulub. Bunlar iudaizm dininə tapınan milliyətcə ruslar idi, subbotniklər adlanırdılar. Kəndə 1958-ci ildə su xətti, 1961-ci ildə su xətti, 1980-ci ildə isə qaz xətti çəkilmişdir. Kəndin əhalisinin əsas məşğuliyyəti üzümçülük, çiyələk, kartofculuq, maldarlıq və şərabçılıq idi. Lakin 1980-ci illərin ortalarında SSRİ-də aparılan antialkoqol siyasəti çərçivəsində buradakı üzümlüklərin əksəriyyəti məhv edildi. Nəticədə kəndin əhalisinin böyük hissəsi özünün əsas məşğuliyyətindən məhrum oldu, bir çoxları işsizlik ucbatından kəndi tərk etməyə başladı. SSRİ-nin dağılması nəticəsində yaranmış iqtisadi böhran illərində kəndin demək olar ki, bütün əhalisi Rusiya, ABŞ, İsrail və Almaniyaya köçdü, onların yerinə isə kənddə azərbaycanlılar məskunlaşdı. Hazırda kəndin azərbaycanlı əhalisinin sayı 5500 nəfərdən çoxdur, rusların sayı isə təxminən 80 nəfərdir, onların əksəriyyəti də köç edə bilməyən yaşlı insanlardır.

Toponimikası Dağatəyi arazidədir. Yaşayış məntəqəsi çarizmin ucqarlara köçürmə siyasəti nəticəsində Rusiyanın mərkəzi quberniyalanndan köçüb gəlmiş ailələrin 1839-cu ildə burada məskunlaşması nəticəsində yaranmışdır. Privolnoye rus. "azad, sərbəst” dəməkdir.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 4484 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.

Xarici keçidlər Azərbaycan Respublikası Cəlilabad Rayon İcra Hakimiyyəti Privolnoe kəndinin saytı

İstinadlar

Kateqoriya:Cəlilabad rayonunun kəndləri