Sadatlı — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Seyidbazar kənd inzibati ərazi dairəsində kənd.
Tarixi Kənd qədim yaşayış məskənlərindən biridir. Bunu ətrafındakı köhnə qəbiristanlıqlar sübut edir. Hazırki kəndin təməlini təxminən 250 il bundan əvvəl Lerik rayonunun Şivlə kəndindən gəlmiş Sadat adlı şəxs qoymuşdur. Odur ki, kənd "Sadatlı" adlanır. Çox keçmir ki,İran İslam respublikasının Ərdəbil mahalından,Yardımlı rayonunun Şiləvəngə kəndinə köçüb gələn Abbasxanlı,Nagdılı və Dəmirçili tayfalarından bir çox ailə Sadatlıya köçür və burada məskunlaşır.Bu tayfaların nümayəndələri hazırda Cəlilabadın Alaşar,"Yeddibulaq", Qamışlıgöl,Musali va s kəndlərində də yaşayır. Kond Burovar sıra dağlarının şərq ətəyində, Cəlilabaddan 17 km aralıda yerləşir. Sadatli qərbdən meşə ərazisi, şimal-qərbdən Yeddibulaq, cənubdan Kahrizbulaq va şərqdən Qamışlıgöl kandila hamsarhoddir. Kond tarixan maldarlıq va aking liklə məşğul olmuşdur. 2014-cü ilin 1 yanvarına kimi kənddə 788 nafar ahali 152 təsərrüfat olmuş, 90-a yaxın ev var.
Kənddə ibtidai məktəb 1947-ci ilda Isbarov Dövrüşxanın evində açılıb. İlk müəllimi Seyidbazardan Hüseynov Zabi Zülfüoli oğlu olmuşdur. 1962–63-cü tədris ilində kənd sakinlərinin təşəbbüsü ilə ikiotaqli məktəb binası t kilib. Onun müəllimi Lənkərandan Abasov Ibad, sonra Ismayilov Musavan Hasanxan oğlu məktəbin direktoru va muallimi olub. 1989-cu ildə kənddə asas məktəb binası tikilir və istifadəyə verilir. Onun direktoru həmin ildən hal-hazıra kimi hörmət və nüfuzlu ziyalı kimi sayıhb-seçilən Ağayev Novruz (1959) Xanlar oğludur. Burada 2008-ci ildə dövlət proqramına uyğun olaraq yeni məktəb binası tikilib.
Kənddə məscid, tibb məntəqəsi, kitabxana və ona yaxın ərazidə-Kəhrizbu- laqda istirahət mərkəzi yaradılıb. Məscid 1994-cü ildə camaatın sayila tikilib, 1995-ci ilda istifadəyə verilib. Seyfullayev Hacı Tarlan Karbalayı Hüseynqulu
oğlu dini-təziyə məclisləri idarə edir.
Toponimikası 1. Adam ölən. Kəndin şimal-qərbində Niyədüz dağının ətayində yerləşir. Burada vaxt ilə Irandan gəlmiş soyğunçular rus əsgərini öldürdüyü üçün yer elə adlanır.
2. Sulu keş. Kəndin şimal-qərbində, Adam ölən yerin yaxınlığında yerləşən çeşmənin axdığı yerdir. 3. Orta tinga. Sulu kəşin yuxarı hissəsində yerləşir. Yer orta hissəsinin formasına görə bu adı daşıyır.
4. Yoncalıq. Bu fitotoponim Orta tinganin arxa hissəsində, meşə ki latada yonca bitdiyi üçün bu adı daşıyır. 5. Təpə zəmi. Bu aqroonim kəndin cənub-qərbində yerləşir. Təpədə vaxtilə kand sakinləri zəmi əkdiyi üçün yer belə adlanır. 6. Sarbala yeri. Aqroonimdir. Təpə zəminin yaxınlığında vaxtilə Sarbala adlı şəxsin əkin-biçin sahəsi olub.
7. Niyədüz dağı. Bu oronim hündür, çılpaq dağın adıdır. Kəndin cənubqərbində yerləşir. Dağın üst hissəsi düz olduğuna görə oraya "Niya düz?" deyiblər. Dağda belə düz, hamar yer olduğuna şübhə ilə yanaşanlar bu adı onaveriblər.
8. Güdə güney. Niyadüz dağının ətəyində, sol tarafində yerləşən gödək gü ney ərazidir. 9. Alçaq təpə. Bu oronim Niyədüz dağı ilə üzbəüzdə,Hacı dağının ətək hissəsində yerləşən alçaq təpənin adıdır.
Əhalisi 2014-cü ilin siyahıyaalınmasına əsasən kənddə 788 nəfər əhali yaşayır.
İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Həmçinin bax Cəlilabad rayonu
Xarici keçidlər Azərbaycan Respublikası Cəlilabad Rayon İcra Hakimiyyəti
İstinadlar
Kateqoriya:Cəlilabad rayonunun kəndləri