Dantenin yubileyi — yazıçı Anarın öz ssenarisi əsasında rejissor Gülbəniz Əzimzadə ilə birgə rejissoru olduğu film.İsmayılova Z. Lirik-psixoloji mövzuda retropeksiya: “Keçən ilin son gecəsi” və “Dantenin yubileyi” — Anarın rejissorluq fəaliyyətinin debütü //Qobustan.- 2008.- № 1.- S.- 34-35.

Məzmun Bu, sənətə təmənnasız xidmət və məhəbbət haqqında poetik etirafdır. Film qocaman teatr aktyoru barəsində söhbət açır. Kəbirlinski (Həsənağa Turabov) epizod aktyorudur. İstedadı olmasa da, teatra qəlbən bağlı adamdır. Həmkarları daim onunla zarafatlaşır, bəzən də sataşırlar. Nəhayət aydın olur ki, bu, sakit, sadəlövh və gülməli adam əsl ziyalıdır, şəxsiyyətdir və milli mədəniyyət tarixinin bir parçasıdır.

Film haqqında Film yazıçı Anarın eyniadlı povesti əsasında ekranlaşdırılmışdır. Film hər iki rejissorun Anarın və Gülbəniz Əzimzadənin tammetrajlı kinoda ilk işidir. Kinolent Mərkəzi Televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir. Filmdə yaratdığı Kəbirlinski obrazı aktyor Həsənağa Turabovun kinoda ən uğurlu rollarından biridir.

Filmin heyəti

Film üzərində işləyənlər Ssenari müəllifi : Anar Quruluşçu rejissor : Gülbəniz Əzimzadə, Anar Quruluşçu operator : Rafiq Qəmbərov Quruluşçu rəssam : Rafiz İsmayılov Bəstəkar : Emin Sabitoğlu Səs operatoru : Nataliya Nuriyeva Rejissor : Rafiq Dadaşov Montaj edən : Tahirə Babayeva Qrim rəssamı : Elbrus Vahidov İşıq ustası : V. Ağacanov Rejissor assistenti : Yusif Əlizadə, Yusif Şeyxov Operator assistenti : Nemət Rzayev, Aydın Mustafayev Rəssam assistenti : E. Muradova, Afət Məmmədova Redaktor : Nadejda İsmayılova Mahnıların mətni : Aleksandr Blok Mahnıları ifa edirlər: Janna Rojdestvenskaya, Vladimir Makarov,Cavan Zeynallı Çalır : "Melodiya" İnstrumental Ansamblı və Dövlət Kinematoqrafiya Komitəsinin Simfonik Orkestri Filmin direktoru : Rimma Abdullayeva

Rollarda Həsənağa Turabov- Feyzulla Kəbirlinski Zərnigar Ağakişiyeva- Həcər Vaqif İbrahimoğlu(Vaqif Həsənov kimi)- Eldar Alagöz Salahova- Sevil Oqtay Mirqasımov- Yalçın Rəfael Dadaşov- Cavad Cabbarov Elçin Məmmədov- Səyavuş Mübariz Əlixanoğlu-Məcid Hacı İsmayılov-Əlikram Zemfira Sadıqova- Anaxanım Məmmədrza Şeyxzamanov-Əli dayı Leyla Şıxlinskaya-Yaqut xanım Bəxtiyar Xanızadə- Aydın Cahangir Aslanoğlu-Tamaşaçı K. Aslanov Elxan Ağahüseynoğlu-Film səsləndirən aktyor Daşqın Turabov -Qaçan uşaq Rafiq Hüseynov - Jurnalist M. Dadaşova Cavan Zeynallı-Müğənni S. Süleymanova-Aktrisa Anar-Tamaşaçı Elçin-Tamaşaçı Həsən Əbluc-Tamaşaçı Emin Sabitoğlu-Tamaşaçı Eldar Quliyev-Tamaşaçı Toğrul Nərimanbəyov-Tamaşaçı Kazım Abdullayev-Rəqs edən Şəmsi Şəmsizadə-Səs Rejissoru Ofeliya Sənani-Film səsləndirən aktrisa

Sponsor Mərkəzi Televiziya (Moskva)

İstinadlar

Mənbə Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 167. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 180; 218; 220-226; 307. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816.

Xarici keçidlər Filmi izlə Vaqif İbrahimoğlu ilə Fəxrəddin Manafov Anara necə kələk gəldi? https://news.milli.az/culture/687353.html

Kateqoriya:1978-ci ilin filmləri Kateqoriya:Dram filmləri Kateqoriya:Məhəbbət filmləri Kateqoriya:Rusca filmlər Kateqoriya:Ədəbi əsərlərin ekranlaşdırılması Kateqoriya:Gülbəniz Əzimzadənin filmləri Kateqoriya:Aktyorlar haqqında filmlər Kateqoriya:"Azərbaycanfilm" filmləri