Avropa mədəniyyətinin beşiyi kimi tanınır. Bu dövr antik yunan mədəniyyəti Avstraliya mədəniyyəti üçün dünyagörüşünün əsası, bioloq və iqlim üçün qaynaq kimi qalmışdır. Qədim Yunanıstan mədəniyyətinin Qədim Roma mədəniyyətinin təsirlərinə çəkməyə möhtac qaldığı düşünülür. Onlar 3 Tanrıya inanırdılar : Zevs — göy, Poseydon — dəniz, Aid — yeraltı tanrısı idi.
Yunan əfsanələri Qədim yunanlar ölkənin keçmişindən bəhs edən bir sıra əfsanə və mahnılar yaratmışlar. Bu mahnı və əfsanələrdə uydurmalar olsa da, onlar yunanların məşğuliyyəti, əmək alətləri, hansı ölkələrdə olmaları, dini və s. haqqında məlumat verir.
Alimlər əfsanələrdən tarixi mənbə kimi istifadə edirlər. Yunanlar "Dedal və İkar", "Tesey", "Arqonavtlar", "Herakl", "Promotey", "Demetra və Persofena" və s. əfsanələr yaratmışlar. Bu əfsanələrin hər biri yunanların keçmişi, insanları və onların qəhrəmanları haqqında iftixar hissi tərbiyə edirdi.
Yunan əfsanələrindən birinə görə Troya şahzadəsi Paris ilahə Afroditanın yardımı ilə Sparta padşahının arvadı Yelenanı qaçırır. Padşah bundan qəzəblənir, bütün yunanları müharibəyə çağırır. Yunanların yüzlərlə gəmisi Troyanın yerləşdiyi Kiçik Asiyaya yan alır. Müharibə on il davam edir. Troya müharibəsi e.ə 1200-cü ildə başlanmışdı. Yunanlar Troya müharibəsi haqqında çoxlu əfsanələr yaratmışdılar. Kor şair Homer bu əfsanələr əsasında e.ə. VIII əsrdə "İliada" və "Odisseya" epik poemalarını yaratmış, onlar e.ə. VI əsrdə yazıya alınmışdı. Yunanların adət-ənənələri, etiqadları, həyat tərzi haqqında geniş məlumat verən bu poemaların əhəmiyyəti tarix üçün o qədər böyükdür ki, e.ə. XI–IX əsrlər Homer dövrü adlanır. Yunanıstanın erkən qədim tarixini öyrənmək üçün Homerin poemaları etibarlı mənbə sayılır. Arxeoloji qazıntılar nəticəsində Homerin "İIiada" və "Odisseya" poemalarında təsvir olunmuş hadisələrin tarixən olduğu sübut edilmişdir. Yunanlar Troya şəhərini İlion adlandırırdılar. "İliada" poemasının adı da buradan götürülmüşdür. Poemada göstərilir ki, Troyanın mühasirəsi yunanları tamam yormuşdur.
Yunanların qəhrəmanı Axillesin anası Fetida (su ilahəsi) onun dabanından tutub yeraltı suda çimizdirərmiş. Odur ki, onun bütün bədəni daşbatmaz, dabanı isə zəif imiş. Bu, Axillesin ölümünə səbəb olur. İndi insanın zəif yerini "Axilles dabanı" adlandırırlar. Yunanlı Odissey Troyanı tutmaq üçün taxtadan nəhəng at düzəltdirir və içərisinə yunan döyüşçülərini doldurur. Troyalılar gecə atı şəhərə çəkib aparırlar. Döyüşçülər gecə atdan çıxıb darvazaları açır, yunanlar troyalıları məğlub edirlər. Buradan da "Troya atı" ifadəsi meydana gəlmişdir. Bu isə düşməndən hədiyyə qəbul etməyin təhlükəli olması deməkdir."Odisseya" poemasında yunanların Troyanın alınmasından sonra Odisseyin başçılığı ilə yunanların vətənə dönmələri və yolda onların başına gələn hadisələr, Odisseyin öz doğma şəhəri İtakaya gəlməsi təsvir edilir. Odissey İtakaya gəlib evində ağalıq edənləri qırır və əvvəlki hakimiyyətini bərpa edir. Hər iki poema böyük ədəbi əsər olmaqla yanaşı zəngin tarixi mənbədir.
Qədim Yunanıstanda Din Dünyanın başqa xalqları kimi, yunanlar da təbiət hadisələrinin səbəbini bilmir, ondan qorxurdular. Onlar ilahları insan cildində və insanlar kimi təsvir edirdilər. Belə ki, ilahların cinsiyyəti var idi (ilah və ilahələr), onlar insanlar kimi sevir, nifrət edir, inciyir, döyüşür, qorxur, ehtiraslanırdılar. Hətta ilah və ilahələrin arasında insanlarda olduğu kimi iş bölgüsü də var idi. Təbiəti tanrılar və ilahələr idarə edirlər.
Rəvayətə görə, baş tanrı Zevs, Poseydon və Aid dünyanı öz aralarında bölüşdürmüşlər. Zevs yer və göyün, Poseydon dənizin, Aid isə yeraltı padşahlığın tanrısı idi. Zevsin iradəsi ilə şimşək çaxır, yağış yağırdı. Apollon işıq və incəsənət tanrısı idi. Günəş tanrısı Helios qızıl arabası ilə səfərə çıxanda gün başlanır. Münbitlik tanrısı Demetra idi. Onun qızı Persefonanı Aid oğurlayır. Onu anasının yanına buraxmır. Demetra kədərlənir. Hər şey solur, təbiət təravətini itirir. Zevs Aiddən xahiş edir ki, Persefonanı bir neçə ay anasının yanına buraxsın. Qız anasının yanına gələndə yaz gəlir, yeraltı dünyaya gedəndə anası kədərləndiyinə görə qış gəlir. "Demetra və Persefona" əfsanəsi də buradan yaranmışdı.
Yunanlar meşə tanrılarını satirlər, bulaq tanrılarını nimfalar adlandırırdılar. Yunanlarda əkinçilik, maldarlıq, ovçuluq, sənətkarlıq və.s. sahələr yarandıqca onları himayə edən tanrılar da yaradılırdı. Dionis şərabçılıq, Hefest dəmirçilik, Hermes ticarət tanrısı idi. Afina müdriklik və müharibə tanrısı idi.
Yunanlar belə güman edirdilər ki, tanrılar ən yüksək dağ olan Olimpdə yaşayırlar. Onları Olimp tanrıları adlandırırdılar. Prometey insan azadlığı uğrunda mübarizə aparırdı. Tanrılar odun, sənətin sirlərini insanlardan gizlədirdilər. Prometey isə insanlara ağıl, idrak vermiş, insanlara hesab, sənət öyrətmişdir. Zevsin əmri ilə Hefest Prometeyi Qafqaz dağlarında yalçın qayaya zəncirləyir. Zevsin göndərdiyi qartal onun ciyərinin bir hissəsini hər gün qoparır. Hər gün ciyər bərpa olunur. Prometey bu dəhşətə dözür, amma Zevslə barışmır. Buradan da "Prometey" əfsanəsi yaranmışdır.
Məktəb və gimnaziyalar Yunanlar e.ə. II minillikdə unutduqları öz yazılarına bir daha qayıtmadılar. Onlar e.ə. IX əsrdə finikiyalıların əlifbasına sait səsi bildirən 2 işarə əlavə edib 24hərfdən ibarət yunan əlifbasını tərtib etdilər. Onlar mətni papirus, gil lövhə, üzərinə mum çəkilmiş taxta parçası üzərində stil adlanan metaldan düzəldilmiş ucu şiş çubuqla yazırdılar. Azad yunanların uşaqları 7 yaşından məktəbə gedirdi. Sənətkar və kəndli uşaqları ibtidai məktəbdə, dövlətli uşaqları 18 yaşınadək gimnaziyada oxuyurdu. Onlar Homerin, Hesiodun və başqa yazıçıların əsərlərini əzbər bilirdilər. Şagirdlərə şəkil çəkməyi, rəqs etməyi, mahnı oxumağı və lirada çalmağı, valideynlərinə və yaşlılara ehtiramla yanaşmaq qaydalarını öyrədirdilər. Qızlar və qullar oxumurdular.
Teatr Məhz antik Yunanıstanda, onun intellektual mərkəzi olan Afinada filosof Protaqor özünün məşhur "insan hər şeyin meyarıdır" kəlamını bəyan etmişdi. Bu ifadəni mifologiyadan memarlığa, siyasi quruluşdan qədim yunan teatrının nailiyyətlərinə qədər bütün qədim yunan mədəniyyəti üçün düstur hesab etmək olar.
E.ə. VI əsrin sonu V əsrdə Afinada açıq havada tamaşa göstərmək üçün ilk teatrlar tikildi. Yunan sözü olan "teatr" "tamaşa yeri" deməkdir. Xorun çıxış etdiyi yer "orkestra", aktyorların oynadığı yer "skena" adlanırdı. Qədim Yunanıstanda şərab tanrısı Dionisin şərəfinə təşkil edilmiş bayram, onun barəsində əfsanələrin səhnələşdirilib nümayiş etdirilməsi ilə qədim yunan teatrının əsası qoyuldu. Qədim Yunanıstanda teatra "böyüklər üçün məktəb" deyirdilər.
E.ə. V əsrin sonları — IV əsrdə bütün yunan şəhərlərində açıq havada tamaşa göstərilən teatrlar tikilmişdi.
Yunanıstanda əfsanələr əsasında tragediyalar adlanan pyeslər yarandı. Tragediya "keçi mahnısı" deməkdir. Tragediyada qəhrəmanlar arasında gərgin mübarizə gedir, sonra isə qəhrəmanlar öz ideyaları uğrunda həlak olurlar. Afinada tragediyanın banisi Esxil olmuş, o, "ZəncirIənmiş Prometey" tragediyasını yazmışdır. E.ə. V əsrdə yaşamış Sofokl "Antiqona" faciəsinin müəllifidir. Esxil və Sofokl müdrik dahilər sayılırdı.
Yunanıstanda komediyalar şən, məzəli və gülməli səhnəciklərdən ibarət olurdu. Komediya sözü "şən sakinlər mahnısı" deməkdir. Komediyalar adamları düşünməyə məcbur edirdi. "Quşlar" komediyasını yazmış Aristofan (e.ə. 445–385)çox məşhur idi və "komediyanın atası" sayılırdı.
Memarlıq, heykəltaraşlıq və rəssamlıq Gözəl insan sima və bədəni klassik qədim yunan incəsənətinin nəinki aparıcı, həm də, demək olar ki, yeganə mövzusu idi. Təbiət isə çox xəsisliklə təsvir olunurdu.
E.ə. V–IV əsrlərdə Yunanıstanda memarlıq, heykəltaraşlıq və rəssamlıq yüksək inkişaf səviyyəsinə çatmışdı. Ölkədə çoxlu ictimai binalar tikilmişdi. Yunanıstanın ən gözəl şəhərlərindən biri Afina idi. Afinanın baş meydanı Aqora (bazar meydanı) idi. Portiklər (kölgəliklər) bir və bir-neçə cərgə sütunlar üzərində tikilirdi və yunanlar bu portiklərin kölgəsində istirahət edirdilər. E.ə. VI–V əsrlərdə Yunanıstanda iki növ sütun var idi. Dori sütunları sanki daş döşəmədən çıxan və yuxarıda adi sal daşla tamamlanan möhtəşəm sütunlar idi. Bəzəkli məbəd tikintisində ionik sütunlarından istifadə olunurdu. Sütunların yuxarısında əyri qoyun buynuzuna bənzər qıvrım naxışlar olurdu. Afinada ən məşhur məbəd Akropol (yuxarı şəhər) idi. Onu Fidi tikmişdi. Akropolda ucaldılan binalar və heykəllər e.ə. V əsrdə yunan incəsənətinin zirvəsi sayılırdı. Akropol mərmər sütunlardan ibarət portiklərlə əhatə olunmuşdu. Burada Afinanın şərəfinə Parfenon məbədi tikilmişdi. Heykəltəraş Fidi Parfenonda Marafon vuruşmasında qənimət kimi əldə edilmiş qızıl və fil sümüyündən ilahə Afinanın 12 metr hündürlüyündə heykəlini qoymuşdu. Parfenon qarşısında qurbanlar kəsilirdi. Heykəllərlə bəzədilən xəzinə saxlanılırdı.
Yunanlar heykəlləri ağacdan, tuncdan və mərmərdən canlı və cazibədar düzəldirdilər. Heykəltəraşlar insan bədənini hərəkət vəziyyətində də təsvir etməyi bacarırdılar. Heykəltəraş Miron e.ə. V əsrdə "Diskatan" heykəlini yaratmışdı. Tanrıların, qəhrəmanların və başqalarının heykəlləri düzəldilirdi. Qədim Yunanıstanda vaza rəssamlığı və gil heykəltaraşlığı geniş yayılmışdı.
Elm Qədim yunanlar onlara qədər şərqdə yaranmış elmi mənimsədilər, təbiət üzərində müşahidələr apardılar. Bir çox ölkələrə səyahət etdilər və təbiət haqqında elmi inkişaf etdirdilər. E.ə. VII–VI əsrlərdə Milet şəhəri və Egey dənizinin şərqində yerləşən İoniya vilayətindəki şəhərlər elm mərkəzlərinə çevrildi. İoniya alimləri təbiət hadisələrini izah etməyə, onların səbəblərini öyrənməyə çalışır, dünyanın mənşəyini də izah etməyə cəhd göstərirdilər. Bir qrup alimlər təbiətin başlanğıcını suda, bəziləri havada, torpaqda, digərləri odda görürdülər.
E.ə. V əsrdə yunan elminin mərkəzi Afina idi. Burada Demokrit (e.ə. 460–370) İoniya alimlərinin işini davam etdirdi. O, belə bir fikir söyləmişdir ki, bütün dünya ən xırda zərrəciklərdən atomlardan ibarətdir. Demokrit insanlarda ruhun ölməzliyini inkar edirdi. O, dinin yaranmasının səbəbini insanların təbiət hadisələri qarşısında aciz qalmaları və qorxusu ilə izah edirdi. Demokrit materialist olduğuna görə onu cəzalandırmaq istəyirdilər. Demokritin ardıcılı Hippokrat (e.ə. 460–377) idi. Onun fikrincə, həkim xəstənin bədənində xəstəliyə qarşı müqaviməti artırmalıdır. Onun tibb elminin inkişafında böyük xidməti olmuşdur. Həkimin mənəvi davranış normaları olan "Hippokrat andı"onun adı ilə bağlıdır.
Aristotel (e.ə. 384–322) qeyri-adi biliyə malik alim idi. İsgəndərin müəllimi olmuşdu. Şərqdə Aristotelə Ərəstun deyirlər. O, bütün bilikləri ayrı-ayn sahələrə böldü, elmlərə ad verdi: botanika yunanca "bitki", fizika-"təbiət", poIitika-"dövlət" sözlərindən götürülmüşdür. Buna görə də ona birinci müəllim deyirlər. Aristotel hesab edirdi ki, Yer kürə şəklindədir, dünyanın mərkəzində yerləşir, Günəş və ulduzlar isə onun ətrafında fırlanır.
Yunanıstanda tarix elminin əsası e.ə. V əsrdə qoyulmuşdur. Həmin dövrdə yunan tarixçisi Herodot (e.ə. təqribən 490–425) "Tarix" əsərini yazmış, Plateya vuruşmasına qədər olan dövr haqqında məlumat vermişdi. Bu kitab Yunanıstan, Ön Asiya və Misirin, o cümlədən, Azərbaycanın tarixini öyrənmək üçün qiymətli mənbədir. Bu əsərdə İran-yunan müharibəsində iştirak edən bütün xalqlar haqqında tarixi, etnoqrafik materiallar şərh olunmuşdu. Midiya əfsanələrini ilk dəfə Herodot yazıya almışdır. Kitabda Azərbaycan ərazisində yaşayan xalqlar barədə maraqlı faktlar var. Siseron onu "tarixin atası" adlandırmışdı.
Olimpiya oyunları