Yuxarı göl () — Şimali Amerikada göl. Böyük göllər sistemində ən böyük və ən dərin göldür. Göllərin dünyada sahəsinə görə sıralamasıda ikinci yeri tutur. Göl həm də yerüstü ərazisinə görə dünyanın ən böyük 1-ci və həcminə görə 3-cü şirinsulu gölüdür.

Göl şimaldan Kanadanın sərhədində Ontario əyaləti, qərbdən və cənubdan isə ABŞ-nin Minnesota, Viskonsin və Miçiqan ştatları ilə əhatə olunub.

Hidroqrafiyası Yuxarı göl bilavasitə Huron gölünə boşalır. Göl ərazisinə görə bölgədəki və dünyadakı ən böyük şirinsulu göl olmaqla yanaşı, su tutumuna görə Sibirdəki Baykal gölü və Şərqi Afrikadakı Tanqanika gölündən sonra 3-cü şirinsulu göldür.

Yuxarı göl sahəsinə görə dünyadakı göllər arasında Xəzərdən sonra ikinci yer tutur. Xəzər hal-hazırda təmamilə təcrid olunmuş halıyla şorsulu göllər siyahısına daxil olsa da tarixdən əvvəl dəfələrlə Aralıq dənizi ilə birləşmiş və yenidən Qara dəniz vasitəsilə təcrid olunmuşdur.Yuxarı gölün sahəsi 83,103 km2-dir və bu da təxminən Cənubi Karolina və ya Avstriyanın ölçüsü qədərdir. Maksimum uzunluğu , maksimum genişliyi isə -dir. Gölün orta dərinliyi , maksimum dərinliyi isə -dir. Yuxarı göl 12,100 km3 həcmində su tutumuna malikdir. Göldə Şimali və Cənubi Amerikanın bütün quru sahəsini 30 sm. dərinliyində örtmək üçün kifayət qədər su var. Gölün sahil xətləri adalar da daxil olmaqla -ə qədər uzanır.

Su səviyyəsi Gölün orta səviyyəsi dəniz səviyyəsindən yuxarıdır. Təxminən 1887-ci ilə qədər Yuxarı göldəki su səviyyəsini buradakı ən böyük təbii su nəqli olan Müqəddəs Maris çayı müəyyənləşdirirdi. 1921-ci ildən etibarən nəqliyyat və hidroelektrik enerjisi sahəsindəki inkişaf Müqəddəs Maris çayı üzərindəki anbarlar, bəndlər və digər idarəetmə quruluşları ilə nəticələndi.Göldəki su səviyyəsini, o cümlədən Hudson hövzəsində suyun dəyişməsini, Beynəlxalq Birləşmiş Komissiya tərəfindən 1914-cü ildə qurulan Beynəlxalq Göl Üstün İdarəetmə Şurası tənzimləyir.

Yuxarı gölün su səviyyəsi 2007-ci ilin sentyabrında bundan əvvəlki, 1926-cı ildəki rekordan bir qədər də aşağı səviyyəyə düşərək rekor nəticədə aşağı nəticə göstərdi. Su səviyyəsi bir neçə günə bərpa edildi.

Gölün su səviyyəsi aydan-aya dəyişir. Oktyabr-Noyabr aylarında su ən yüksək səviyyədə olur. Gölün normal nisbi yüksəkliyi verilən nöqtədən yuxarıdır. 1986-cı ilin qışında gölün səviyyəsi rokord göstəriciyə, nisbi yüksəkliyə çatdı.

Gölün ən aşağı səviyyəsi mart və aprel aylarında baş verir. Bu zaman su -ə qədər aşağı düşür. 1926-cı ilin qışında göl ən aşağı qeydə alınan səviyyəyə -ə qədər düşdü.

Coğrafiyası Yuxarı göldəki ən böyük ada Miçiqan ştatındakı İsle Royaldır. İsle Royalda bir neçə göl daha var. Digər tanınmış adalara Viskonsin əyalətindəki Madelin adası, Ontario əyalətindəki Miçipicoten adası və Miçiqan əyalətindəki Qrand İsland adası daxildir.

İstinadlar

Kateqoriya:Minnesota gölləri Kateqoriya:Miçiqan gölləri Kateqoriya:Sərhəd gölləri Kateqoriya:Böyük göllər Kateqoriya:Ontario gölləri Kateqoriya:Viskonsin gölləri