Mintac Elsevər (tam adı: Əliyeva Mintac Allahverdi qızı) () — Azərbaycanlı jurnalist.
Həyatı Mintac Elsevər 5 may 1975-ci ildə Ermənistanda anadan olmuşdur.
Fəaliyyəti Əsas fəaliyyət istiqamətləri jurnalistika, kino və televiziyadır. Əvvəlcə Azərbaycan televiziyasında, sonralar ANS-də çalışmışdır. Aztv-də bir sıra veriliş və filmlərin müəllifidir. Bunlara "Romantik kommunist", "Yağmurun səsi", "Cəsur zərifin seçimi", "Tənha xurma ağacı" filmlərini, "Birincilər" və "Unudulmayanlar" layihələrini misal göstərmək olar. Yazar olaraq mətbu orqanlarda mütəmadi yazıları çıxır. ARB televiziyasında yayımlanan “Gəlin danışaq” və “Xalqın şairi” layihələrinin baş redaktoru olub. Bir müddət MTV kanalının Baş redaktoru vəzifəsində çalışıb. Hazırda Azərbaycan Televiziyasında jurnalistlik fəaliyyətini davam etdirir. Əsasən müxtəlif mövzularda sənədli filmlər hazırlayır.
21 iyul 2025-ci ildə "Tərəqqi" medalı ilə təltif olunub.
Filmoqrafiya Yeraltı və yerüstü xəzinə (film, 2007) (qısametrajlı sənədli televiziya filmi) (prodüser) Cəsur zərifin seçimi (film, 2009) (qısametrajlı sənədli film) 1 mətbuat konfransının tarixi (film, 2015) (qısametrajlı sənədli film) (səsləndirmə) Böyük ustadın sirləri… (film) (qısametrajlı sənədli film) Cənnətdən qovulmuşlar (film) İllərin ilmə yaddaşı (film) (qısametrajlı sənədli film) Romantik kommunist (film) (qısametrajlı sənədli film) Tənha xurma ağacı… (film) (qısametrajlı sənədli film) Yağmurun səsi… İslam Rzayev (film) (qısametrajlı sənədli film) Yaşamağa dəyərmiş… (film) (qısametrajlı sənədli film)
İstinadlar
Kateqoriya:Azərbaycan jurnalistləri