İsmayılbəyli — Azərbaycan Respublikasının Ağdam rayonunun Bağbanlar kənd inzibati ərazi dairəsində kənd.
Dağ ətəyindədir. Əvvəllər Mərzili sovetliyində, keçmiş adı isə "Mərzili İsmayılbəy" olub. Yaşayış məntəqəsi Cavanşir qəzasında yaşamış mərzili tayfasına mənsub ailələrin başçısı İsmayıl bəyin adı ilə adlandırılmıdır.Azərbaycan toponimlərinin Ensiklopedik lüğəti I cild, Bakı “Şərq-Qərb”, 2007
Kənd 1993-cü il iyulun 4-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.
İstinadlar
Kateqoriya:Ağdam rayonunun kəndləri Kateqoriya:Ağdamın Bağbanlar kənd inzibati ərazi dairəsi