Məzmun II Dünya müharibəsinin odlu-alovlu illərində Belorusiya meşələrində partizan dəstəsində vuruşmuş dostlar hazırda ölkəmizin müxtəlif guşələrində çalışır. Hərənin də öz taleyi, öz sevinci və kədəri var. Amma onlar bir-birilərini unutmur, axtarıb tapırlar.
...Bədir Feyzulla oğlu (Ələddin Abbasov) keçmiş cəbhə dostu, hazırda Maqnitoqorsk metallurgiya kombinatında işləyən Pavel Çipurinə (Yuri Sidorov) məktub yazmaq üçün dostlarını axtarmağa başlayır. O. dörd bazar gününün hərəsini bir dostunu axtarmağa sərf edir.
Film haqqında Film aktyor Yaşar Nurinin kinoda ilk işidir. Film aktrisa Şükufə Yusifovanın kinoda ilk işdir. Film yazıçı Hüseyn Abbaszadənin eyniadlı povesti əsasında ekranlaşdrılmışıdr. Yazıçının bu mövzuya müraciət etməsi təsadüfi deyil. O, özü də müharibə veteranıdır. Həmin mövzu onun bütün yaradıcılığından qırmızı bir xətt kimi keçir. Film Mərkəzi Televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir. Filmin birinci seriyası 1974-cü ildə istehsal edilmişdir.
Filmin heyəti
Film üzərində işləyənlər Ssenari müəllifi : Hüseyn Abbaszadə, Şamil Mahmudbəyov, Fərman Kərimzadə Quruluşçu rejissor : Şamil Mahmudbəyov Quruluşçu operator : Rasim İsmayılov Quruluşçu rəssam : Kamil Nəcəfzadə Bəstəkar : Emin Sabitoğlu Səs operatoru : Ağahüseyn Kərimov Quraşdırılmış səhnələrin operatoru : Həmzə Əhmədoğlu Quraşdırılmış səhnələrin rəssamı : Mirzə Rəfiyev Operator : Yuri Varnovski Filmin direktoru : Tələt Rəhmanov
Rollarda Həsənağa Turabov-Nicat Ələddin Abbasov-Bədir Tofiq Mirzəyev-Cəlal Yaşar Nuri-Seyran Yuri Sidorov-Pavel Çipurin Telman Adıgözəlov-Murad Hüseynağa Sadıqov-Əsəd Sofa Bəsirzadə-Cəmilə Süsən Məcidova-Bilqeyis Şükufə Yusifova-Bədirin qızı Xalidə Quliyeva(Xalidə Qasımova kimi)-Sona A. Tağıyev-Bədir (uşaq) R. Cəfərov-Cəlal (uşaq) S. İsmayılov-Nicat (uşaq) Zemfira Sadıqova-Sevda Ənvər Həsənov-Kamil Şahmar Ələkbərov Ağahüseyn Cavadov Muxtar Maniyev Tələt Rəhmanov Sadıq Həsənzadə Əliabbas Qədirov Eldəniz Zeynalov Əbdül Mahmudov Kamil Eynullayev
Mənbə Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 257. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 218-219.
Xarici keçidlər Filmi izlə (böyük fraqment)
Kateqoriya:1975-ci ilin filmləri Kateqoriya:Dram filmləri Kateqoriya:Müharibə filmləri Kateqoriya:Şamil Mahmudbəyovun filmləri Kateqoriya:"Azərbaycanfilm" filmləri Kateqoriya:Dramatik müharibə filmləri Kateqoriya:SSRİ-nin dram filmləri Kateqoriya:Azərbaycanca filmlər