() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Təbii yayılması Vətəni Avropanın materik hissəsi və Kiçik Asiyadır. İngiltərə, Şimali Afrika, Amerika, Avstraliya və Yeni Zelandiyada yayılmışdır.

Botaniki xarakteristikası Həmişəyaşıl, çoxillik, nazik horizontal, kökümsovlu ot və ya kolcuqdur. Yarpaqları üzbəüz, ellipsvari, dərili, parlaq, uzunluğu 3-5 sm və eni 2,5 sm-dək olub, iti vəya küt, üstü yaşıl, alt tərəfi boz-yaşıl, saplaqların uzunluğu 2-5 mm, dəstələrdə 3 ədəd yerləşmişdir. Tək-tək göy-bənövşəyi rəngli çiçəkləri düz qalxan budaqların ucunda yerləşir. Çiçəkləri tək, diametri 2-3 sm, çiçək saplaqlarının uzunluğu 1-3 sm-dir. Kasacığı bitişik yarpaqlı, hissələrin uzunluğu 3-4 mm, iti, lansetvari-üçkünc, çılpaqdır. Çiçək tacı qıfvari, tünd göy və ya bənövşəyi-göy, uzunluğu təxminən 12 mm olan uzun, silindrik, nazik borucuqlu, küt kəsikli hissələrinin uzunluğu 10-12 mm-dir. Dişiciyi tükcüklü, ağızlıdır; yuxarı hissədə uzun, ağ tükcüklərlə örtülmüşdür. Erkəkcik saplaqları yumru, kasavari əyilmişdir; tozcuqları çiçək tacının borucuğunda oval formalı, uzunluğu 4 mm-dir. Yarpaqcıqları 2 ədəd, silindrik, ucu biz, yaşılımtıl, uzunluğu 7-8 sm-dir. Toxumları qonur, uzunsov, silindrik, əmzikli, kəkilsizdir. May-iyunda çiçəkləyir. Meyvələri avqust-sentyabrda yetişir. Toxum, yaşıl qələmlər və kolun bölünməsi yolu ilə çoxaldılır. Torpağa dəyən budaqları kök verir.

Ekologiyası Meşələrdə, yamaclarda, kolluqlarda bitir. Torpağa az tələbkardır. Şəhər şəraitinə davamlədır.

Azərbaycanda yayılması Mərdəkan dendrarisində introduksiya edilmişdir. Respublikanın rayonlarında mədəni şəraitdə park və bağlarda rast gəlinir.

İstifadəsi Park və bağlarda çiçəklərinin dekorativ xüsusiyyətinə görə istifadə olunur, müalicəvi əhəmiyyətlidir.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Yeni Zelandiya florası Kateqoriya:Avstraliya florası Kateqoriya:Cənubi Amerika florası Kateqoriya:Şimali Amerika florası Kateqoriya:Avrasiya florası Kateqoriya:40+ ID olan Taksonbar Kateqoriya:Asiya florası Kateqoriya:1753-cü ildə təsvir edilən bitkilər Kateqoriya:Dərman bitkiləri Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları Kateqoriya:Avropanın dərman bitkiləri