Burulğan filmi rejissor Eldar Quliyev tərəfindən 1986-cı ildə ekranlaşdırılmışdır. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmdə qeyri-tipik əhvalatdan uzaq, müasir həyatın mühüm mənəvi problemlərinə toxunulmuşdur. Əsas rolları Məmməd Məmmədov, Eqle Qabrenayte, Eldar Tağıyev, Həmidə Ömərova və Vidadi Həsənov ifa edirlər.

Məzmun Bir neçə gənc: Murad (Məmməd Məmmədov), Ruslan (Eldar Tağıyev), Nata (Eqle Qabrenayte) və Tamara (Həmidə Ömərova) istirahət günü Xəzərin kimsəsiz sahilinə gəlirlər. Təzə "robinzonlar"ın şən əhval-ruhiyyəsini dəstəyə dəvətsiz qoşulan beşinci "robinzon"-Adil (Vidadi Həsənov) korlayır. Gənclər çadırları qurmağa və tonqal qalamağa macal tapmamış dəhşətli bir hadisə baş verir.Aydın Kazımzadə. Azərbaycan kinosu — 1 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh. 131-132

Filmdə qeyri-tipik əhvalatdan uzaq, müasir həyatın mühüm mənəvi problemlərinə toxunulmuşdur.

Rollarda Məmməd Məmmədov — Murad Eqle Qabrenayte — Nata Eldar Tağıyev — Ruslan Həmidə Ömərova — Tamara Vidadi Həsənov — Adil Əminə Yusifqızı — Katibə Ofeliya Məmmədzadə — Ana Filmi səsləndirənlər: Rasim Balayev — Murad (Məmməd Məmmədov) (titrlərdə yoxdur) Əminə Yusifqızı — Nata (Eqle Qabrenayte) (titrlərdə yoxdur) Eldəniz Rəsulov — Ruslan (Eldar Tağıyev) (titrlərdə yoxdur) Əliabbas Qədirov — Adil (Vidadi Həsənov) (titrlərdə yoxdur) Nuriyyə Əhmədova — Katibə (Əminə Yusifqızı) (titrlərdə yoxdur) Zərnigar Ağakişiyeva — Ana (Ofeliya Məmmədzadə) (titrlərdə yoxdur) Hamlet Xanızadə — Televizorda şeir deyən (titrlərdə yoxdur)

İstinadlar

Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 278-298; 310. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816.

Xarici keçidlər Filmi izlə

Kateqoriya:1986-cı ilin Azərbaycan filmləri Kateqoriya:Tammetrajlı bədii filmlər Kateqoriya:Eldar Quliyevin filmləri Kateqoriya:"Azərbaycanfilm" filmləri Kateqoriya:SSRİ-nin dram filmləri Kateqoriya:Azərbaycanca filmlər