Qımıl — Azərbaycan Respublikasının Quba rayonunun Küpçal kənd inzibati ərazi dairəsində kənd. Küpçal bələdiyyəsinin tərkibindədir.
Tarixi Kəndin keçmişi haqqında dəqiq məlumat yoxdur. Bölgənin ən qədim yaşayış mərkəzlərindən biridir.
Toponimikası Qımıl oyk., sadə. Qızılqaya yaylasının şm.-ş. ətəyindədir. Kəndin adı Qimil şəklində də işlənir. Kənd adını ərazidəki eyniadlı çaydan almışdır. Zaqatala r-nunda Qumil aşırımı qeydə alınmışdır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Mədəniyyəti Kənddə 11-illik məktəb və onun nəznində bələdiyyə fəaliyyət göstərir. Bölgədə ən çox ali təhsilli və savadlı ziyalılar bu kənddən çıxmışdır.
Coğrafiyası və iqlimi Qımıl kəndini Qımıl qazma kəndi ilə Qudyalçay ayırır. Bu kəndlər qohum kəndlərdir. Şərqdən Küpçal, Qərbdən isə Küsnətlə sərhəddir.
Əhalisi Əhalisi etniki baxımdan ləzgilərdir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 512 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Tanınmışları Düriyyə Rəhimova (1929–2014) — Dağıstanın Xalq artisti.
Xarici keçidlər Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyəti
İstinadlar
Kateqoriya:Quba rayonunun kəndləri