Kiker (alm. Kicker – futbolçu) və ya fusbol (alm. Fußball – futbol) futbola əsaslanan stolüstü oyun. Habelə kiker – həmin oyunu oynayan adam.

Oyunun məqsədi iki rəqib komandanın futbolçularına bənzəyən fiqurların bərkidildiyi çubuqları idarə edərək topu rəqibin qapısına salmaqdır. Oyunun gündəlik oynanışında qaydalar çox vaxt ölkəyə və regiona görə dəyişsə də, yarış səviyyəsində masaüstü futbol vahid qaydalar kodeksinə əsasən oynanılır.

Tarixi Oxşar masa oyunlarına aid patentlər hələ 1890-cı illərdə Almaniya və Fransada mövcud olmuşdur. 1921-ci ildə Harold Searles Thornton Birləşmiş Krallıqda "masa futbolu oyunu oynamaq üçün aparat" adı ilə oyunu patentləşdirdi; bu patent müasir oyunun əsas oynanış xüsusiyyətlərinə malik ilk patent hesab olunur.

İstinadlar

Kateqoriya:Futbolun növləri