"Yapon" və yaponiyalı (kir. ) – 1990-cı ildə Sergey Ratnikovun rejissorluğu ilə çəkilmiş Azərbaycan filmi. Ratnikovun rejissor kimi debüt filmidir. Film 1944-cü ildə Nardarana düşmüş yaponiyalı əsgər və "yapon" ləqəbli yerli sakindən bəhs edir.
Məzmun Hadisələr 1944-cü ildə baş verir. Okinavada bir kamikaze dəstəsi döyüşə çıxır. Onlara ölmək əmri verilsə də, kamikazelərdən biri (Eduard Pak) tapşırığı yerinə yetirə bilmir və istiqamətini itirib Nardaran qəsəbəsinə düşür. Bu zaman dənizdə balıq tutan Gülbala (Davud Davudov) ilə rastlaşır. Qəsəbədə qıyıq gözlərinə görə "yapon" adlandırılan Gülbala onu xilas edərək evə gətirir.
Yaponiyalı Gülbala və onun kor anası (Lətifə Əliyeva) ilə birlikdə yaşamağa başlayır. O, tapşırığı yerinə yetirə bilmədiyi üçün kədərlənir, hər dəfə harakiriyə cəhd edəndə Gülbala və anası ona mane olur. Gülbalanın qəsəbədə yerli avtoritetlə (Ömür Nağıyev) münaqişə yaşayır. O, Gülbalaya onun ərazisində balıq tutmağı qadağan edir, buna əməl etməyəndə onu döyür. Yaponiyalı bu vəziyyəti öyrənib avtoriteti döyərək onun qisasını alır.
Digər tərəfdən Dövlət Təhlükəsizliyi Komitəsinin nümayəndəsi Məlik Babanov (Oqtay Ağayev) Nardaranda yapon casusunun olması haqda məlumat əldə edir. Məsələ Stalinin nəzarəti altında olduğu üçün yapon casusu tutmaq əmri alır. Qəsəbəyə gələn təhlükəsizlik xidmətinin əməkdaşları araşdırma aparır. Onlara yapon ləqəbli Gülbalanı göstərirlər. Gülbala həbs olunub işgəncələrə məruz qalır, lakin azərbaycanlı olduğu aydın olanda sərbəst buraxılır.
Yaponiyalı yenə harakiri etməyə qərar verir və anasına ölümqabağı məktub yazır. Məktub ələ keçirən təhlükəsizlik komitəsi silahlı dəstə ilə Nardarana Gülbalanı tutmaq üçün gəlir. Gülbala ələ keçməmək üçün harakiri edir. Gülbalanın öldüyünü görən yaponiyalı bundan sonra Gülbalanın anasının yanında qalır, ona kömək etməyə başlayır.
Filmin heyəti
İstehsalçı heyət
Rollarda
Səsləndirənlər Pərviz Bağırov — Gülbala/"Yapon" (Davud Davudov) Rafiq Əzimov — Məlik-Babanov(Oqtay Ağayev) Zərnigar Ağakişiyeva — Gülbalanın anası(Lətifə Əliyeva)
Qeydlər
Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 320.
Xarici keçidlər YouTube-da
Kateqoriya:1990-cı ilin Azərbaycan filmləri Kateqoriya:Faciəvi komediya filmləri Kateqoriya:Qısametrajlı bədii filmlər Kateqoriya:İkinci Dünya müharibəsi haqqında filmlər Kateqoriya:"Debüt" Studiyası Kateqoriya:Azərbaycan–Yaponiya münasibətləri Kateqoriya:Azərbaycanca filmlər Kateqoriya:1990-cı ilin filmləri Kateqoriya:SSRİ-nin komediya filmləri Kateqoriya:Videofilmlər Kateqoriya:"Azərbaycanfilm" filmləri