Məhəmmədhüseyn xan Ayrım () — Pəhləvi sülaləsindən olan Rza şahın hakimiyyəti illərində (1925–1941) İran ordusunun rəhbəri olmuşdur. O, general və Rza şahın qayınatası olan Teymur xan Ayrumlunun qardaşı oğlu, Rza şahın həyat yoldaşı Tacülmülukün əmisi oğludur.
Ayrım ailəsinin yalnız bir neçə üzvünün soyadının sonunda "lu" sonluğu olmuşdur.
Həyatı 1882-ci ildə Rusiya imperiyasının bir hissəsi olan Bakıda anadan olmuşdur. Məhəmmədhüseyn xan Ayrımlu əslən Şəmşəddil mahalındandır. babaları Urmiyanın Sulduz mahalına köç etmişdilər. O, Rusiyada hərbi təhsil almışdır.
1948-ci ilin 31 martında vətəndaşı olduğu Lixtenşteyndə müalicə alarkən vəfat etmişdir.
Kareyerası İran Kazak Diviziyasına qoşulmuş və həmin zamandan Rza xanla (sonradan Rza şah) yaxınlaşmışdır. Xidmət illərində sürətlə yüksələrək 1901-ci ildə polkovnik rütbəsi almışdır. Birinci Rus inqilabından əvvəl Çar ordusunda xidmət etməyə başlamışdır. 1921-ci ildə İrana geri dönmüşdür.
1931-ci ildə İran Milli Polis qüvvələrinin rəhbəri olmuşdur. Kareyerasının zirvəsində olarkən İranda rza şahın sağ əli kimi ölkədə ən güclü ikinci şəxs olmuşdu. Bu illərdə bir çox qanunsuz hərəkətlər etdiyi iddia edilir.
Sonradan xəstələndiyini bildirərək xaricə müalicəyə almağa getmək adı ilə İranı həmişəlik olaraq tərk etmişdir.
İkinci Dünya müharibəsi İkinci Dünya müharibəsi zamanı Berlində almanlar tərəfindən dəstəklənən və Īrān-e āzād adlanan mühacir hökumət qurmuşdur. Məqsədi İranın müttəfiqlər tərəfindən işğalından sonra onlara qarşı çalışmaq və müharibə almanların qələbəsi ilə nəticələnəndən sonra İranın idarəsini ələ almaq idi.
Müharibə Almaniyanın məğlubiyyəti ilə nəticələndikdən sonra alman meyilli qüvvə kimi həbs edilmiş və bir kənddə qapalı şəkildə saxlanılmışdır.
Ədəbiyyat Amanat, A. (1987). "ĀYROM, MOḤAMMAD-ḤOSAYN KHAN". Encyclopaedia Iranica, Vol. III, Fasc. 2.
İstinadlar
Həmçinin bax İran Kazak diviziyası Tacülmülük
Kateqoriya:Ayrımlar Kateqoriya:İran generalları Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:İran azərbaycanlısı hərbçilər Kateqoriya:Azərbaycanlı generallar Kateqoriya:Rusiya imperiyasından mühacirət edənlər