Məzmun Uşaqlar üçün nəzərdə tutulmuş nağılabənzər rəvayət filmi zülməti dağıdan günəş şüaları haqqındadır. Burada xeyrin şər üzərində qələbəsi, gözəllik, təmiz duyğu və səmimi insan münasibətləri tərənnüm olunur.

Film haqqında

Film "Azərkinovideo" İB-nin sifarişi ilə çəkilmişdir. Applikasiya filmidir.

Filmin heyəti

Film üzərində işləyənlər(titrlərdəki sıraya görə)

Ssenari müəllifi : Tahir Piriyev Quruluşçu rejissor : Tahir Piriyev Quruluşçu rəssam : Tahir Piriyev Fon rəssamı : Hüseyn Cavid İsmayılov Quruluşçu Animator : Rauf Dadaşov Quruluşçu operator : Antonina Korotnitskaya Bəstəkar : Aydın Əzim Kərimoğlu Film müdiri : Aydın Abdullayev Multiplikasiya rəssamı : Firəngiz Quliyeva, Aleksandra Şirinova, Ələkbər Məmmədov, Dilarə Balaxanova, Ruhsanə Topçuyeva (Ruhsanə Topçiyeva kimi), Solmaz Hüseynova, Tamilla Əsgərova, Lalə Məmmədova, Əli Əliyev, Qalina Moldavantseva, Alyona Dontsova, Cəvahir Quliyeva Assistent və Köməkçi : Ruziyyə Şabanova, Antonina Korotnitskaya, İlhamə Muxtarova, Səbinə Əliyeva, Lalə Əsgərova, Gülsənəm Teymurova, Gülşən Qocayeva, Şəlalə Musayeva Musiqi tərtibatçısı : İsmayıl Dadaşov Səs operatoru : Teymur Abdullayev Çalır : Rafiq Babayevin Ansamblı İnzibatçı : Çingiz Əliyev Rəng quraşdırıcısı : Əminə Cəfərova Montaj edən : Nisə Hacıyeva Redaktor : Svetlana İsmayılova

Sponsor "Azərkinovideo" İB

Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 368-370.

Həmçinin bax Azərbaycan filmlərinin siyahısı

Xarici keçid Filmi izlə

Kateqoriya:1994-cü ilin filmləri Kateqoriya:Cizgi filmləri