Əziz Alpoud (; əsl adı: Mir Əbdüləziz Mir Seyfəddin oğlu Seyidov; ) — Azərbaycanın dəmir yolları üzrə baş hakimi (1918–1920).

Həyatı Mirəbdüləziz Seyidov 27 iyul (və ya 25 iyul) 1895-ci ildə Dilicanda anadan olub. Əvvəlcə Tiflisdəki 1-ci kişi gimnaziyasında oxuyub, daha sonra təhsilinə Stavropol şəhərindəki 1-ci gimnaziyada davam edib, 1 may 1915-ci ildə tamamlayıb. Həmin il Tartu (Dorpat) İmperator Universitetinə daxil olub, əvvəlcə tibb üzrə təhsil alıb, ilin sonundan etibarən isə öz istəyi ilə hüquq fakültəsinə keçirilib. Daha sonra o, Xarkov Universitetinin hüquq fakültəsində təhsilinə davam edib.

Əziz Alpoud Əhrar Partiyası üzvü olmuşdur. Rəştdə əczaçılıqla məşğul olub.

O, 1988-ci il iyunun 17-də Ankarada dünyasını dəyişib.

Fəaliyyəti Əziz Alpautun Türkiyədə ixtisası ilə bağlı 4 kitabı işıq üzü görüb. Ən genişhəcmli kitabı 1957-ci ildə Ankarada çıxan "Tətbiqi dəriçilik" adlı əsəridir. 1945-ci ildə Ankarada "Dilək çubuğu", 1954-cü ildə xam qoyun dəriləri ilə bağlı, 1960-cı ildə isə qaragül qoyunları və kürklük qoyunların yetişdirilməsi ilə bağlı əsəri çap olunub. O, Türkiyədə 1946-1957-ci illərdə Mixail Saltıkov-Şedrinin bir neçə əsərini türk dilinə qazandırıb. 1966-cı ildə Dr. Fethi Tevetoğlu ilə onun tərcüməsində Gerhard von Mendenin "Kommunist blokda milliyyət və məfkurə" kitabı Ankarada türk dilində işıq üzü görüb. 1967-ci ildə isə Fridrix Şillerin "Turandot, Çin şahzadəsi" əsərini türk dilində çap etdirib.

Əsərləri Dilkeçubuğu. Yeraltında bulunan madenler akan sular çubukla nasıl bulunur. Ankara: Alaeddin Kral Basımevi, 1945. Türkiye Ham Koyun Derilerinin Bünye Dayanıklılığı ile İçkürklük Kaabiliyetinin İncelenmesi ve Bunlar Üzerinde Sepi ve Bitkisel Boya Maddeleri ile Mukayeseli Araştırmaları. Ankara: Ziraat Vekaleti Neşriyatı, 1954. Tatbiki Dericilik. Ankara: İstiklal Matbaası, 1957. Həyatımın hekayətləri. (Əlyazmanı üzə çıxaran, Türkiyə türkcəsindən dilimizə çevirən, tərtibçi və ön sözün müəl. Zakir Sadatlı). Bakı: Qanun, 2011. Hayatımın Hikayeleri. İstanbul: Bengü Yayınları, 2012.

Xarici keçidlər "Həyatımın hekayətləri": sevgi, mübarizə, güllələnmə hökmü, qəriblik və sönməyən inam...

Mənbə

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Türkiyə azərbaycanlıları Kateqoriya:Azərbaycan siyasətçiləri Kateqoriya:Azərbaycanlı siyasətçilər Kateqoriya:Azərbaycan memuarçıları Kateqoriya:Azərbaycan milliyətçiləri Kateqoriya:Milli Birlik Məclisinin üzvləri Kateqoriya:Azərbaycan həkimləri Kateqoriya:Azərbaycanlı həkimlər Kateqoriya:Türkiyə həkimləri Kateqoriya:Azərbaycanlı siyasi mühacirlər Kateqoriya:Azərbaycan vəkilləri Kateqoriya:Azərbaycan publisistləri