Qələdüz — Azərbaycan Respublikasının Quba rayonunun Küpçal kənd inzibati ərazi dairəsində kənd. Dağlı-Qələdüz bələdiyyəsinin tərkibindədir.
Toponimikası Qələdüz oyk., sadə. Qızılqaya yaylasının ətəyindədir. XIX əsrdə həmin r-nun Küpçal və Qəçrəş kəndlərindən çıxmış ailələrin Qələdüz adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Kəndin ərazisindəki meşəlikdə qəd. qala xarabalıqları var. Bu toponim qələ və düz komponentlərindən ibarət olub, “qala düzü, qala olan düz” mənasındadır. Qələ termininə toponimiyada istehkam, şəhər, kənd mənalarında rast gəlinir. Bu terminə Ərəbistan, Dağıstan, Orta Asiya, tran, Əfqanıstan və Türkiyənin toponimik adlarının tərkibində təsadüf edilir. Düz topo¬nimiyada həm tərkib hissə (Düzqışlaq kəndi, Qələdüz kəndi yə s.), həm də nomenklatur termin (Muğan düzü, Mil düzü, Qarabağ düzü, Şirvan düzü və s.) kimi işlənir. Düz-enişi, yoxuşu, təpəsi olmayan, ümumi fonddan çox da kənara çıxmayan hamar relyef səthinə deyilir.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 779 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Turizm Kənd dağ turizmi üçün əlverişli şəraitə malikdir.“Daily Mail” Azərbaycandakı qeyri-adi restorandan yazdı . qafqazinfo.az Kənddə qəzaya məruz qalmış təyyarə şəklində dizayn edilən qeyri-adi "Təyyarə restoran"ı fəaliyyət göstərir. Həmin restoranın hazırlanmasında Rusiya istehsalı olan "Tu-134B" markalı təyyarənin qalığından istifadə edilmişdir.Would YOU eat here? Azerbaijan hopes this unusual restaurant in a plane will become its hottest tourist attraction dailymail.co.uk
Həmçinin bax Quba rayonu
Xarici keçidlər Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyəti
İstinadlar
Kateqoriya:Quba rayonunun kəndləri