Miron Osipoviç Qrossman () — fotoqraf, rejissor, operator.

Həyatı Milliyyətcə yəhudi olan və Odessada yaşayan peşəkar fotoqraf Miron Qrossman Fransada staj keçdikdən sonra kinematoqrafiya ilə məşğul olmağa başlamışdır. O, Rusiyada ilk fotoqraflardan idi. 1907-ci ildən Odessanın həyatından bəhs edən kinoxronikalar lentə almışdı. 1908-ci ildə isə Bakıda və Uralda çəkilişlər aparmışdı. Bunlardan üçü Bakı həyatı, biri isə Uraldakı zavodlar haqqında idi. Sonralar Odessada Deribasovsk küçəsində kiçik bir laboratoriya açan Miron Qrossman bu laboratoriyada plyonkalarını özü yuyurdu. "Miroqraf" adlı studiyanı qurduqdan sonra isə o, öz şəxsi bağında şüşədən kiçik bir çəkiliş pavilyonu tikmiş və çəkilişləri burada aparmağa başlamışdır. Hazırda onun bağının yerində Odessa kinostudiyası yerləşir." Miroqraf" studiyası 1912-1914-cü illərdə 3 bədii film çəkmişdir. Sonralar maddi çətinliklərlə üzləşən Qrossman M. Tovbinin rəhbərlik etdiyi "Cənub Bankı" ilə "Miroqraf"ı birləşdirmək qərarına gəlmiş və onlar birgə çəkilişlər aparmışlar. Miron Qrossman sovet kinosunun, xüsusilə də Ukrayna kinosunun ilk kinematoqrafçılarındandır.

Filmoqrafiya Ağ və qara şəhər (film, 1908) (qısametrajlı sənədli film) — rejissor, operator Balaxanı (film, 1908) (qısametrajlı sənədli film) — rejissor, operator Nobelin zavodları (film, 1908) (qısametrajlı sənədli film) — rejissor, operator

Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 12.

Kateqoriya:Rusiya rejissorları Kateqoriya:Rusiya kinooperatorları Kateqoriya:Odessada vəfat edənlər