Elizabet Qaskell (; 29 sentyabr 1810 — 12 noyabr 1865) — Viktoriya dövrü ingilis roman yazıçısı idi.

Əsl soyadı Stivensondur. Mançesterli keşiş Uilyam Qaskel ilə evləndikdən sonra, Mrs. Qaskell olaraq tanınır. Həyat yoldaşının işi sayəsində cəmiyyətin müxtəlif təbəqələrini tanıması və xüsusilə yoxsulluqları görmə şansı qazandı. Romanlarında xüsusilə Mançesterdəki sənaye həyatı və cəmiyyəti təsvir edir. Həmçinin, Şarlotta Brontenin bioqrafiyasını yazmışdır. Çarlz Dikkensın də dəstəklədiyi Qaskelin yazıları jurnallarda nəşr olunurdu. Yaşadığı dövrdə qadın yazıçılara çox nadir rast gəlmək mümkün idi, amma Qaskel ingilis ədəbiyyatında özünə yer əldə edə bilmişdir.

Əsərləri

Romanlar Mari Barton (1848) (yarımçıq) Kranford (1851–3) Rut (1853) Şimal və Cənub (1854–5) Silviyanın aşiqləri (1863) ''Zövcələr Və Qızlar (1864)

İstinadlar

Xarici keçidlər

Elizabet Qaskelin əyani həyati

Kateqoriya:Londonda doğulanlar Kateqoriya:İngiltərədə vəfat edənlər Kateqoriya:İngiltərə yazıçıları Kateqoriya:İngilis yazıçılar Kateqoriya:Elizabet Qaskel Kateqoriya:XIX əsrin İngiltərə romançıları Kateqoriya:Birləşmiş Krallığın qadın yazıçıları Kateqoriya:XIX əsr qadın yazıçıları