Əşrəf Əliyev () — Azərbaycanı təmsil edən sərbəst güləşçisi.
Karyerası Əşrəf Əliyev Qızıl Qran-Pri beynəlxalq turnirlərini 2008 və 2010-cu illərdə 8-ci pillədə, 2009-cu ildə isə 5-ci pillədə başa vurdu. 2010-cu ilin avqustunda Finlandiyada baş tutan hərbçilər arasında Dünya Çempionatının bürünc medalına sahib olan Əşrəf Əliyev 2011-ci ilin mayında Əli Əliyev beynəlxalq turnirini, iyulunda da Qızıl Qran-Pri beynəlxalq turnirini gümüş medallarla başa vurdu. 2011-ci ilin sentyabrında isə Əşrəf Əliyev İstanbul şəhərində baş tutan Dünya Çempionatında bürünc medala sahib oldu. Əşrəf Əliyev həm də olimpiya lisenziyasını da əldə etdi.
2012-ci ildə olimpiadadan əvvəl Əşrəf Əliyev fevralda Yaşar Doğu beynəlxalq turnirinin bürünc, iyunda da Almaniya Qran-Prisinin gümüş medalına sahib oldu. Avqustda isə Əşrəf Əliyev Azərbaycanı olimpiada da təmsil etdi. Əşrəf Əliyev olimpiadanın təsnifat mərhələsində Yaponiya nümayəndəsi Sosue Tahatani ilə üz-üzə gəldi. Görüşün birinci hissəsində rəqibinə 1:0 hesabı ilə qalib gələn Əşrəf Əliyev növbəti hissədə də rəqibi üzərində 1:0 hesabı ilə qələbə qazandı və turnirin 1/8 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Dünya və Avropa Çempionatlarının qalibi Rusiya nümayəndəsi Denis Tsarquş oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşün birinci hissəsində Əliyev, növbəti hissəsində isə Tsarquş minimal hesabla qalib gəldi və görüşün taleyi üçüncü hissədə həll oldu. Həlledici hissədə Əşrəf Əliyev rəqibinə 0:1 hesabı ilə məğlub oldu. Rəqibi final görüşünə vəsiqə qazanmadığına görə Əşrəf Əliyev təsəlliverici qrupda da mübarizə apara bilmədi və olimpiadanı 8-ci pillədə başa vurdu. İlin sonunda isə Əşrəf Əliyev Qızıl Qran-Pri beynəlxalq turnirini onuncu pillədə başa vurdu.
2013-cü il ərzində Əşrəf Əliyev İspaniya Qran-Prisinin və Poland Open beynəlxalq turnirlərinin gümüş medallarına, Qızıl Qran-Pri beynəlxalq turnirinin isə bürünc medalına sahib oldu.
Karyerasında tədricən zəifləmə olan Əşrəf Əliyev 2014-cü il ərzində D. Kolov - N. Petrov beynəlxalq turnirində, Əli Əliyev beynəlxalq turnirində və Qızıl Qran-Pri beynəlxalq turnirində uğursuz çıxış etdi, sentyabrda isə Dünya Çempionatını 8-ci pillədə başa vurdu.
2015-ci il ərzində də beynəlxalq turnirlərdə medala sahib olmayan Əşrəf Əliyev 2016-cı ilin sentyabrında hərbçilər arasında Dünya Çempionatında bürünc medala sahib oldu. 2016-cı ildə idmanla vidalaşdı.
Nəticələri SıraİlYarışEv sahibiNəticə12008Qızıl Qran-Pri Azərbaycan8.22009Qızıl Qran-Pri Azərbaycan5.32010Qızıl Qran-Pri Azərbaycan8.4Hərbçilərin Dünya Çempionatı Finlandiya3.52011Əli Əliyev Turniri Rusiya2.6Qızıl Qran-Pri Azərbaycan2.7Dünya Çempionatı Türkiyə3.8FILA Test Turniri Birləşmiş Krallıq3.92012Yaşar Doğu Turniri Türkiyə3.10Almaniya Qran-Prisi Almaniya2.11Olimpiya Oyunları Birləşmiş Krallıq8.12Qızıl Qran-Pri Azərbaycan10.132013İspaniya Qran-Prisi İspaniya2.14Poland Open Polşa2.15Qızıl Qran-Pri Azərbaycan3.162014D. Kolov - N. Petrov Bolqarıstan8.17Əli Əliyev Turniri Rusiya16.18Qızıl Qran-Pri Azərbaycan10.19Dünya Çempionatı Özbəkistan8.202015Əli Əliyev Turniri Rusiya12.21Qızıl Qran-Pri Azərbaycan8.222016Hərbçilərin Dünya Çempionatı KYRM3.23Qızıl Qran-Pri Azərbaycan7.
İstinadlar
Kateqoriya:Azərbaycanın sərbəst güləşçiləri Kateqoriya:Azərbaycanın olimpiya güləşçiləri Kateqoriya:2012 Yay Olimpiya Oyunlarında güləşçilər Kateqoriya:Güləş üzrə Dünya Çempionatının medalçıları Kateqoriya:Azərbaycan olimpiya idmançıları Kateqoriya:Azərbaycanın kişi güləşçiləri