Tivi mineral bulağı — Ordubad rayonu ərazisindəki Tivi kəndində çoxsaylı mineral bulaqlar vardır.

Kəndə dağ yolları ilə Ordubaddan 60 km-lik məsafədə təzə yol çəkilmişdir. Tivi kəndi Süzgün çayın üstündə Ordubad-Bist yolunun şimal-şərqindədir. Kənddəki mineral bulaqlardan biri Rusiyanın Kislovodskdəki (Şimali Qafqaz) "Narzan" tipli mineral suyunun analoqudur. Zəif minerallaşmış karbonqazlı sudan daxili xəstəliklərin müalicəsində (18–20 Cº) içmək əhəmiyyətlidir.

Mənbə Bağırov, Feyruz Abdulla oğlu. Naxçıvanın təbii sərvətləri — Naxçıvan, 2008.

Kateqoriya:Mineral bulaqlar Kateqoriya:Səhiyyə