Qurgen Markaryan (; ) — Ermənistan leytenantı. O, 19 fevral 2004-cü ildə Azərbaycan zabiti Ramil Səfərov tərəfindən öldürülmüşdür. Markaryan "Yerablur" hərbi qəbiristanlığında dəfn edilmişdir.

Həyatı Qurqen Marqaryan 26 sentyabr 1978-ci ildə Ermənistanın paytaxtı İrəvan şəhərində anadan olmuşdur. O, orta təhsilini İrəvandakı 122 nömrəli məktəbdə almış, daha sonra Ermənistan Dövlət Mühəndislik Universitetini mühəndis ixtisası üzrə bakalavr dərəcəsi ilə bitirmişdir. 1999–2001-ci illərdə məcburi hərbi xidmət müddətini başa vurduqdan sonra leytenant rütbəsi ilə Ermənistan Müdafiə Nazirliyində zabit olmuşdur."Biography of Gurgen Margaryan ." Accessed 31 August 2012.

Qətl Markaryan NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramı çərçivəsində 3 aylıq ingilis dili kursunda iştirak etmək üçün 2004-cü il yanvarın 11-də Macarıstanın paytaxtı Budapeştə gəlmişdir. O, fevralın 19-da eyni məqsədlə Budapeştdə olan azərbaycanlı Ramil Səfərov tərəfindən yatarkən boğazı balta ilə kəsilərək öldürülüb. Səfərov məhkəmədə bildirib ki, qətlə səbəb özünə və Azərbaycan bayrağına qarşı təhqirdir. Markaryanın cənazəsi Ermənistana göndərilib və oradakı Yerablur hərbi qəbiristanlığında dəfn edilib.

Məhkəmə Ramil Səfərov 2006-cı il aprelin 13-də ömürlük həbs cəzasına məhkum edilib. Lakin sonradan Azərbaycanın tələbi ilə Macarıstan Macarıstan məhkəməsi tərəfindən çıxarılan ömürlük həbs cəzasının Azərbaycanda icra olunması üçün Ramil Səfərovu 31 avqust 2012-ci ildə Azərbaycana ekstradisiya edib. Həmin gün Azərbaycan prezidenti İlham Əliyev onun barəsində əfv qərarı verib.

İstinadlar

Kateqoriya:Ermənistan hərbçiləri Kateqoriya:Azərbaycan milliyyətçiliyi Kateqoriya:Qətl qurbanları Kateqoriya:Azərbaycan–Ermənistan münasibətləri