Lilonqve () — Malavinin paytaxtı və ən böyük şəhəri. Ölkənin mərkəzi hissəsində, Lilonqve çayı üzərində yerləşir. Əhalisi 2014-cu ilin hesablamalarına görə 978 700 nəfərdir.

Tarixi

Şəhər 1902-ci ildə ingilislər tərəfindən Lilonqve çayının sahilində kiçik bir kənd kimi yaradılmış və XX əsrin əvvəllərində Britaniyanın kolonial inzibati mərkəzinə çevrilmişdir. 1975-ci ildə ölkənin paytaxtı Zomba şəhərindən Lilonqveyə köçürüldükdən sonra, şəhər inkişaf etməyə başladı və 2008-ci ildə əhali sayına görə ölkənin iqtisadi mərkəzi sayılan Blantayr şəhərini qabaqlayaraq, Malavinin ən böyük şəhərinə çevrildi.

Kateqoriya:Malavi şəhərləri Kateqoriya:Afrika dövlətlərinin paytaxtları Kateqoriya:1902-ci ildə yarananlar Kateqoriya:1902-ci ildə yaranmış dövlətlər və ərazilər Kateqoriya:Hökumət