Ədalət Əsgəroğlu (1957, Göyçay - 2013, Bakı) — Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi (2000-2013).

Həyatı Ədalət Əsgəroğlu 1957-ci ildə Göyçayda anadan olub.

Azərbaycan Yazıçılar Birliyində məsul vəzifədə — mətbuat katibi vəzifəsində çalışmışdır.

Ədalət Əsgəroğlu 30 sentyabr 2013-cü ildə gecə saatlarında vəfat etmişdir. Ədalət Əsgəroğlunun ölümünə səbəb infarkt olub.

Ailəli idi, iki övladı var.

Yaradıcılığı Şeir və poemaları bir çox xarici dillərə tərcümə edilib və dərc olunmuşdur. "Özüm qürbətdə, gözüm vətəndə", "Sabahını itirməyən adamlar", "Məmləkətim canım mənim..." və s. kitabların müəllifidir.

Yaradıcılığı bir neçə beynəlxalq mükafata layiq görülmüşdür.

Kitabları

"Yaz ilə gələn sevda", 1989. "Göyçaydan başlayan ömür yolu", 1999. "Mən sənə aşiqəm, dünya!", 1997. "Özüm qürbətdə, gözüm vətəndə", 2000. "Sabahını itirməyən adamlar", 2003. "Məmləkətim canım mənim...", 2005. "Dərdimizin qan rəngi" (poema: 4 dildə), Bakı, "Mütərcim", 2009. 48 səh. 500 tiraj.

Xarici keçidlər Şair Ədalət Əsgəroğlunun 60 illiyi keçirilib Mərhum şair Ədalət Əsgəroğlunun 60 illik yubileyi qeyd olundu

Kateqoriya:Göyçayda doğulanlar Kateqoriya:Bakıda vəfat edənlər Kateqoriya:Azərbaycan yazıçıları Kateqoriya:Azərbaycanlı yazıçılar Kateqoriya:Azərbaycan Yazıçılar Birliyinin üzvləri