Rainbow — 1975-ci ildə Deep Purple ilə yollarını ayıran gitarist Ritchie Blackmore tərəfindən qurulan hard rok/heavy metal qrupu. Qrup, Ritchie Blackmore və Ronnie James Dionun daha əvvəlki proyekti olan Elf qrupunun davamı kimi qəbul edilə bilər. Ritchie Blackmore, vokalda Ronnie James Dio, vurma alətlərdə Gary Driscoll, bas gitarada Craig Gruber və piano/mellotron'da Mickey Lee Soule'dan ibarət olan heyətlə 1975-ci ildə «Ritchie Blackmore s Rainbow» adlı ilk albomuu çıxartdı. 1976-ci ildə qrupa Cozy Powell vurma alət ifaçısı olaraq olaraq qatıldıqdan sonra «Rising» adlı ikinci albomlarını yayımladılar. Qrup "Rising" albomuyla həm Heavy Metal həm də Power metal növünün ilk nümunələrini təqdim etdi. Qrup 1976-cı ildə «Live In Germany» və 1977-ci ildə «On Stage» adlı iki konsert albomu yayımladı. 1978-ci ildə çıxarılan «Long Live RocknRoll» albomundan sonra Dio qrupdan ayrıldı. Ardından "Down To Earth" (1979) və "Difficult To Cure" (1981) olmaq üzrə böyük satış əldə edən iki albom gəldi. 1979-ci ildəki "Down To Earth" albomunda vokalda Graham Bonnet iştirak edərkən bas gitaraya da Roger Glover keçdi. Sonra Graham Bonnet və Cozy Powell'ın ayrılmasıyla Joe Lynn Turner (vokal) və Bobby Rondinelli (vurma alət) qrupa qatıldı və Rainbow «Difficult To Cure» albomunu yayımladı. «Difficult To Cure» albomu qrupun köhnə səmərəsini yenidən qazanmasını təmin etmiş və ayrıca «I Surrender» qrupun siyahılarda ən yaxşı mövqeyi tutan single'ı olmuşdur.

«Straight Between the Eyes» (1982) və «Bent Out of Shape» (1983) albomlarından sonra 1984-cü ildə Ritchie Blackmore'un qrupdan ayrılıb, Deep Purple qrupunu yenidən meydana gətirməyə qərar verməsiylə Rainbow dağılmışdır. Ancaq 1993-cü ildə Blackmore Deep Purple'dan ayrıldı və "Ritchie Blackmore's Rainbow" olaraq qrupu yenidən qurdu. 1995-ci ildə «Stranger In Us All» albomunu satışa çıxarırlar və bunun davamı olan uzun bir dünya turnesinə çıxırlar. Amma bu layihə qısa davam etdi. Arena Rock tərzindən sıxılan Blackmore artıq diqqətini uzun zamandır maraq sahəsinə girən İntibah və Orta əsrlər təsirli musiqiyə çevirmişdi. 1997-ci ildə Danimarkada son konsertini verən Ritchie Blackmore vokalist partneri Candice Night ilə birlikdə İntibah musiqisi təsirli Folk Rock tərzindəki «Blackmore 's Night» qrupunu qurmuşdur.

Diskoqrafiya Studiya albomları

1975 — Ritchie Blackmore's Rainbow 1976 — Rising 1978 — Long Live Rock'n'Roll 1979 — Down to Earth 1981 — Difficult To Cure 1982 — Straight Between the Eyes 1983 — Bent out of Shape 1995 — Stranger In Us All

Konsert albomları (live) 1977 - On Stage 1986 - Finyl Vinyl 1994 - Live in Germany 1976 (həmçinin 1990-cı ildə buraxılıb) 1996 - Live in Europe 2006 - Live in Munich 1977 2006 - Rainbow Live at Cologne Sporthalle 2006 - Rainbow Live at Dusseldorf Philipshalle 2006 - Rainbow Live at Nurmberg Messezentrum 2006 - Live in Germany 1976 (30th Anniversary Edition Box)

Yığma albomları (toplu) 1981 - The Best of Rainbow 1997 - The Very Best of Rainbow 2000 - 20th Century Masters - The Millennium Collection: The Best of Rainbow 2001 - Classic Rainbow 2002 - Pot of Gold 2002 - All Night Long: An Introduction 2003 - Catch the Rainbow: The Anthology

Qrup üzvləri

Ritchie Blackmore – gitara (1975–1984, 1994–1997) Ronnie James Dio – led vokal (1975–1979; died 2010) Craig Gruber – bas gitara (1975) Micky Lee Soule – klavişlər (1975) Gary Driscoll – vurma alətlər (1975; died 1987) Tony Carey – klavişlər (1975–1977) Jimmy Bain – bas gitara (1975–1977) Cozy Powell - vurma alətlər (1975–1980; died 1998) David Stone - klavişlər (1977–1979) Mark Clarke - bas gitara (1977) Bob Daisley - bas gitara, bek vokal (1977–1979) Roger Glover - bas gitara, bek vokal (1979–1984)

Don Airey - klavişlər, bek vokal (1979–1981) Graham Bonnet - led vokal (1979–1980) Joe Lynn Turner - led vokal, ritmik gitara (1980–1984) Bobby Rondinelli - vurma alətlər (1980–1983) David Rosenthal – klavişlər (1981–1984) Chuck Burgi – vurma alətlər (1983–1984, 1995–1997) Doogie White - led vokal (1994–1997) Greg Smith – bas gitara, bek vokal (1994–1997) Paul Morris – klavişlər (1994–1997) John O'Reilly – vurma alətlər (1994–1995) John Micelli – vurma alətlər (1997)

Kateqoriya:ABŞ musiqi qrupları Kateqoriya:Britaniya musiqi qrupları Kateqoriya:1975-ci ildə yaranan musiqi qrupları Kateqoriya:Polydor Records artistləri Kateqoriya:Kvintetlər