Rorşax testi — (; Rorschach testi, Rorşax mürəkkəb ləkəsi testi, Rorşarx texnikası yaxud qısaca mürəkkəb ləkəsi testi kimi də bilinir) ilə subyektlərin mürəkkəb ləkəsini qavramaları qeydə alınaraq və sonra psixoloji interpretasiyadan, kompleks alqoritmlərdən yaxud hər ikisindən istifadə edilməklə subyektdə analiz aparılması imkanını verən psixoloji testdir. Bəzi psixoloqlar bu testdən fərdin şəxsi xarakteristikalarını və emosional fəaliyyətini tədqiq etmək üçün istifadə edirlər. O, əsas fikir pozğunluğunun (psixozun) aşkar edilməsi üçün təyinatlanmışdır, xüsusilə o hallarda ki, xəstələr öz düşünmə proseslərini açıq şəkildə təssəvür etməyə istəksiz olurlar. Testə yaradıcısı İsveçrəli psixoloq Herman Rorşaxın adı verilmişdir. Rorşax 1960-cı ildə ən geniş istifadə edilən proyektiv test idi. ABŞ milli tədqiqatında Rorşax ambulator əqli sağlamlıq vasitələrində istifadə edilən psixoloji testlər arasında 8-ci yerlə qiymətləndirilmişdir. O, Şəxsiyyətin Qiymətləndirilməsi üçün Cəmiyyətin (Society of Personality Assessment) üzvləri tərəfindən istifadə edilən ən geniş yayılmış ikinci testdir və 25% məhkəmə psixoloji dəyərləndirmə hallarında psixiatrlar tərəfindən tələb edillir, adətən MMPI (Minnesota Multiphasic Personality Inventory) və MCMI-III (Milon Clinical Multiaxial Inventory) testin batareyasına tez-tez daxil edilir.
On mürəkkəb ləkəsi Rorşaxın Rorşax Testi – Psixodiaqnostik Lövhələr-ində (Rorschach Test – Psychodiagnostic Plates,) çap edilmiş, bütöv şəkil yaxud ən çox önə çıxan təfsilatlar üçün müxtəlif müəlliflərə uyğun tez-tez verilən cavablarla on mürəkkəb ləkəsi aşağıda verilmişdir. Kart Ən çox verilən cavablar 160px Bek: yarasa, kəpənək, pərvanə Piotrovski: yarasa, kəpənək Dana (Fransa): kəpənək 160px Bek: iki insan Piotrovski: dörd ayaqlı heyvan Dana (Fransa): heyvan: it, fil, ayı 160px Beck: iki insan Piotrowski: insan təsvirləri Dana (France): insan 160px Bek: animal hide, skin, rug Piotrovski: heyvan dərisi, dəri xalı Dana (Fransa): heyvan dərisi 160px Bek: yarasa, kəpənək, pərvanə Piotrovski: kəpənək, yarasa Dana (Fransa): kəpənək , yarasa 160px Bek: heyvan gönü, dəri, xalı Piotrovski: heyvan dərisi, dəri xalı Dana (Fransa): heyvan dərisi 160px Bek: insan baları yaxud üzləri Piotrovski: qadınların yaxud uşaqların başları Dana (Fransa): insan başı 160px Bek: heyvan: nə it nə pişik Piotrovski: dörd ayaqlı heyvan Dana (Fransa): dörd ayaqlı heyvan 160px Bek: insan Piotrovski: heç nə Dana (Fransa): heç nə 160px Bek: krab, xərçəng , hörümçək Piotrovski: krab, hörümçək , dovşan başı , tırtıllar, qurdlar, ilanlar Dana (Fransa): heç nə
Qeydlər
İstinadlar
Xarici əlaqələr
The International Society of the Rorschach and Projective Methods (ISR) Overview of the Rorschach test, published by the Göteborgs Universitet, Sweden
Kateqoriya:Psixodiaqnostika Kateqoriya:Pareidoliya