thumb|250px|Qolan təpələrindən görünüş
Qolan təpələri, həmçinin Qövlan təpələri, Qulan təpələri (, Həzbətul Qəvlan və ya , ) və ya Qolan təpələri (, ) — Suriyanın cənub-qərb, İsrailin şimali-şərq ərazilərində yerləşən təpəlik ərazilər. Qolan platosu adı ilə də tanınan Qolan təpələri Livan, İordaniya və Suriya ilə sərhəd ərazidə yerləşir. Ərazidə zəngin su qanyaqları var. Qolan təpələri Suriyanın ərazisində yerləşsə də, 1967-ci ildə baş vermiş Altı günlük müharibə zamanı İsrail tərəfindən işğal edilmişdir. 1981-ci ildə İsrail Qolan təpələrini öz ərazisinə qatdığını rəsmən elan etmişdir. Beynəlxalq təşkilatlar isə, bu ərazini İsrail tərəfindən işğal olunmuş Suriya ərazisi hesab edir.
Qolan Təpələrindəki ən böyük yəhudi şəhəri Katzrin şəhəridir və inkişaf etmiş sənaye zonası və rəsmi dövlət idarələri ilə Qolan Təpələrinin iqtisadi mərkəzidir. Qolan təpələrində 4 druz şəhəri də var.
25 mart 2019-cu ildə ABŞ İsrailin Qolan təpələri üzərindəki suverenliyini tanıyan ilk dövlət olmuşdur.
Adlandırılması
Azərbaycan Milli Ensiklopediyasında ərazi “Holan yüksəklikləri” formasında qeyd edilib.
Həmçinin bax
İsrail–Suriya münasibətləri İordan çayının qərb sahili Qəzza zolağı
İstinadlar
Xarici keçidlər
Kateqoriya:İsrailin ərazi mübahisələri Kateqoriya:Suriyanın ərazi mübahisələri Kateqoriya:Ərəb–İsrail münaqişəsi Kateqoriya:Suriyada vətəndaş müharibəsi Kateqoriya:Suriyada siyasət Kateqoriya:Mübahisəli ərazilər Kateqoriya:Böyük Rift Dərəsi Kateqoriya:Asiyada mübahisəli ərazilər