Əngirəvan — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. 1 yanvar 2010-cu il vəziyyətinə görə Hamamlı kənd inzibati-ərazi dairəsinə daxildir. Coğrafiyası Kənd rayonun inzibati mərkəzi olan Başkeçid şəhərindən 13 km cənub-şərqdə, Maşaver çayının sağ sahilində yerləşir.Gürcüstan Milli Elmlər Akademiyasının akademiki, filologiya elmləri doktoru, professor Şurəddin Məmmədli. Gürcüstan Azərbaycanlıları. Gürcüstanda Azər Türkləri məskunlaşan inzibati-ərazi vahidləri. Statistik-ensiklopedik bilgilər. Tbilisi, 2006-cı il, səh. 31
Tarixi Borçalı bölgəsində "Əngirəvan-Səməkürə" yaşayış məntəqəsi adına XVI əsrə aid məxəzlərdə rast gəlinmişdir.
Əhalisi Kənddə 1870-ci ildə 7 ailədə 48 nəfər, 1926-cı ildə 21 ailədə 133 nəfər azərbaycanlı yaşayırdı.Gürcüstan Milli Elmlər Akademiyasının akademiki, filologiya elmləri doktoru, professor Şurəddin Məmmədli. Gürcüstan Azərbaycanlıları. Gürcüstanda Azər Türkləri məskunlaşan inzibati-ərazi vahidləri. Statistik-ensiklopedik bilgilər. Tbilisi, 2006-cı il, səh. 31-32
17-24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasının rəsmi yekunlarına əsasən kənddə yaşayan 162 nəfər (86 nəfəri kişilər, 76 nəfəri qadınlar) əhalinin 98 %-i etnik azərbaycanlılardan ibarətdir.National Statistics Office of Georgia: 2002 წლის სოფლის მოსახლეობის აღწერის მონაცემები The European Centre for Minority Issues Caucasus: Jonathan Wheatley. Obstacles Impeding the Regional Integration of the Kvemo Kartli Region of Georgia . ECMI Working Paper #23. February, 2005
1 yanvar 2010-cu il tarixinə olan rəsmi təxminə əsasən kənddə 167 nəfər əhali yaşayır.დმანისის მუნიციპალიტეტის თვითმმართველობის ვებ გვერდი: დმანისის მუნიციპალიტეტის ინფრასტრუქტურის განვითარების პროგრამა 2010 წელი
İstinadlar
Kateqoriya:Borçalı kəndləri Kateqoriya:Dmanisi bələdiyyəsinin yaşayış məntəqələri