Alfred Dreyfus (; ) — yəhudi mənşəli fransız zabiti, böyük siyasi əhəmiyyət daşımış Dreyfus işi prosesinin baş qəhrəmanı.

Həyatı Alfred Dreyfus 1859-cu ildə Elzasda anadan olan yəhudi olmuşdur. O, Fransanın Baş Qərargahında kapitan rütbəsində çalışmışdır.

Dreyfus işi Bu proses XIX əsrin sonu XX əsrin əvvəllərində Fransa tarixində çox böyük iz buraxmış, o dövrkü Fransa cəmiyyətini "dreyfusçular"a və "antidreyfusçular"a bölmüşdür. 150px|thumb|left|Emil Zolyanın L`Aurore qəzetindəki "Mən ittiham edirəm" başlıqlı məqaləsi, 13 yanvar 1898

Məşhur fransız yazıçısı Emil Zolyanın 1898-ci il yanvar ayının 13-də Parisdə nəşr olunan "L'Aurore" qəzetinin baş səhifəsində Fransa prezidenti Feliks Fora ünvanlanmış "Mən ittiham edirəm" (J'Accuse) başlıqlı məşhur məktubu dərc edildikdən sonra "Dreyfus işi" yeni mərhələyə qədəm qoymuşdur. Bu məsələ ətrafında hakim partiyalar və ordu rəhbərliyi arasında fikir ayrılıqları yaranmışdır. Dreyfusa qarşı irəli sürülən ittihamların əsassız olduğuna inananlar bu işin antisemitizm nümunəsi olduğunu iddia etmişlər.

Kapitan Dreyfus 1894-cü ilin dekabrında məhkəmə qərarı ilə hərbi xidmətdən uzaqlaşdırılaraq ömürlük həbs cəzasına məhkum edilmiş və 1895-ci ilin yanvarında cəzasını çəkmək üçün Fransa Qvianasına, paytaxt Kayennadan 11 km aralıda yerləşən Şeytan adalarına göndərilmişdir.

1899-cu ilin sentyabrında kassasiya şikayəti əsasında məhkəmə işinə yenidən baxılmış və Alfred Dreyfusun həbs cəzası 10 ilə endirilmişdir. Lakin tezliklə o, Fransa prezidenti tərəfindən əfv olunmuşdur. Buna baxmayaraq, Dreyfusun tərəfdarları onun bəraət alması üçün çalışmış və 1903-cü ilin noyabrında yenidən kassasiya şikayəti ilə məhkəməyə müraciət etmişlər. 1906-cı ildə məhkəmənin qərarı ilə Dreyfus bəraət almış, üzərindəki bütün ittihamlar götürülmüş, ordudakı vəzifəsinə geri qaytarılmış və Fəxri Legion ordeni ilə təltif edilmişdir.

İstinadlar

Kateqoriya:Birinci Dünya müharibəsində Fransa hərbçiləri Kateqoriya:Yəhudi mənşəli fransızlar Kateqoriya:Fransa memuarçıları Kateqoriya:XX əsr Fransa yəhudiləri Kateqoriya:Fransada yəhudi tarixi Kateqoriya:Poçt markalarında şəxslər