Ramiz Novruz () — Azərbaycanın teatr və kino aktyoru, Azərbaycanın Respublikasının Xalq Artisti (1998), Prezident təqaüdçüsü (2018-ci ildən), Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası.
Həyatı və fəaliyyəti Ramiz Novruzov (Ramiz Novruz) 25 may 1955-ci ildə Biləsuvar rayonunun Səmədabad kəndində doğulub. 1974-cü ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsinə daxil olub. Rejissor Adil İsgəndərovun rəhbərlik etdiyi kursda təhsil alaraq oranı 1978-ci ildə bitirib. Təyinatla H. Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrına göndərilib. Burada Knyaz Zvezdiç ("Maskarad", M. Lermontov), Məsxərəçi ("Muradın kələkləri", T. Kazımov), General Şıxlinski ("Bütün Şərq bilsin", Nəriman Həsənzadə) rollarını ifa edib.
O, 1981-ci ildə Azərbaycan Akademik Milli Dram Teatrının truppasına daxil olub. Elə ilk günlərdən kollektivdə hazırlanan tamaşalarda ona irihəcimli və mürəkkəb xarakterli rollar tapşırılıb. O, Akademik Milli Dram Teatrında aşağıdakı rollarda oynayıb: Nəvvab və İran şahzadəsi ("Xurşidbanu Natəvan", İlyas Əfəndiyev), Mayor Edmund ("Şeyx Xiyabani", İlyas Əfəndiyev), Bahadur ("Mahnı dağlarda qaldı", İlyas Əfəndiyev), Məhəmməd Suvarlı ("Sevgililərin cəhənnəmdə vüsalı", İlyas Əfəndiyev), Cəmil ("Bizim qəribə taleyimiz", İlyas Əfəndiyev), Sisyanov və Kərbəlayi Xan ("Hökmdar və qızı", İlyas Əfəndiyev), Seyton ("Maqbet" Uilyam Şekspir), Edmund ("Kral Lir", Uilyam Şekspir), Kreon ("Medeya", J. Anuy), İbn Yəmin ("İblis", Hüseyn Cavid), Səlim bəy ("Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundzadə), Loğman ("Fəryad", Bəxtiyar Vahabzadə), Laçın ("Hara gedir bu dünya?", Bəxtiyar Vahabzadə), Toğrul ("Cəzasız günah", Bəxtiyar Vahabzadə), Fərhad ("Sənsiz", Şıxəli Qurbanov), Baş redaktor ("Mənim sevimli dəlim", Elçin), Andranik və Nostradamus ("Hələ "sevirəm"deməmişdilər…", Ramiz Novruz), Ələs bəy ("Dirilən adam", Mir Cəlal), Qaçaq Süleyman ("Ölüləri qəbiristanlıqda basdırın", İsmayıl Şıxlı), Murad ("Xəcalət", Hüseynbala Mirələmov), Cəbrayıl ("Teleskop", Elçin), Attillio ("Silindr", Eduardo de Filippo), Anton Antonoviç Skvoznik-Dmuxanovski ("Müfəttiş", Nikolay Qoqol).
R. Novruzun yaradıcılığının bir qolunu da kino fəaliyyəti təşkil edir. O, "Nizami" filmində Dərbənd elçisi, "Sizi dünyalar qədər sevirdim" filmində general Həzi Aslanov və s. rollara çəkilib.
H. Cavidin "Topal Teymur" (Divanbəy), L. Tolstoyun "Kreyser sonatası" (Musiqi müəllimi), V. Şekspirin "Antoni və Kleopatra" (Antonio), O. Kamalın "Dodaqdan qəlbə" (Kənan bəy), "Yad qızı" (Nihad) və s. maraqlı rollar oynayıb.
Ramiz Novruz həm də bir neçə pyes yazmış və bunlardan ikisi tamaşaya qoyulmuşdur. İlk pyesi olan "At ilinin birinci ayı" adlı 20 yanvar hadisələrindən bəhs edən pyes 1992-ci ildə Gəncə teatrında B. Osmanovun rejissorluğu ilə tamaşaya qoyulmuşdur. 1992-ci ilin sonunda həmin pyes AzTV-də rejissor B. Osmanovun quruluşunda çəkilmişdir. R. Novruz öz pyesində Murad rolunda oynamışdır.
1996-cı ildə yazdığı "Hələ sevirəm deməmişdilər" pyesi B. Osmanovun rejissorluğu ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında 2002-ci ildə tamaşaya qoyulmuşdur. Bundan əlavə Eduardo de Filipponun "Silindr" əsərini rus dilindən Azərbaycan dilinə tərcümə etmiş və rejissor kimi tamaşaya qoymuş, həmçinin bu əsərdə Attillio rolunu ifa etmişdir.
Beynəlxalq Teatr festivallarının mükafatçısıdır.
Teatr sənətindəki xidmətlərinə görə Ramiz Novruz 1993-cü ildə Azərbaycan Respublikasının Əməkdar artisti və 1998-ci ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adlarına layiq görülüb. 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə və 1 may 2017-ci ildə Prezident Mükafatına layiq görülmüşdür. 9 may 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür. 29 oktyabr 2019-cu ildə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilib
Ölümü thumb|220px|Ramiz Novruzun Ümumşəhər qəbiristanlığındakı məzarı Ramiz Novruz uzun müddət mədə xərçəngi xəstəliyindən əziyyət çəkirdi və 20 fevral 2023-cü il tarixində vəfat etmişdir.- Ramiz Novruz vəfat etdi Ümumşəhər qəbiristanlığında dəfn edilib.Ramiz Novruz dəfn olunduRamiz Novruz dəfn olunur
Şəxsi həyatı CavidGəlin-baldız qalmaqalına Cavidan Novruz da qoşuldu və Nəriman“Nərimanı çox istəyirəm, çünki o, əsl kişidir, Cavidan isə…” - Şəfəq Novruz ailəsindəki qalmaqaldan danışdı adında iki oğlu və ŞəfəqŞəfəq Novruz buna görə boşandı adında bir qızı var.
Filmoqrafiya Alman klinikasına şəxsi səfər (film, 1988) – Baba Əliyev At ilinin birinci ayı (film, 1993) – Murad Azərbaycan xanlıqları. Naxçıvan və İrəvan xanlıqları. 5-ci film (film, 2003) Bakı, məhəbbətim mənim... (film, 1993) Beşmərtəbəli evin altıncı mərtəbəsi (film, 1996) – Muxtar Bəyaz həyat (film, 2003) – çapıq Cavad xan (film, 2009) – Sisianov Cavid ömrü (film, 2007) – Mircəfər Bağırov Dəfn edilməmiş ölülər (film, 1988) Ənvər Həsənov. Yeddi oğuldan biri (film, 2007) Fatehlərin divanı – Attila Kreyser Sonatası (Musiqi müəllimi) Qız atası (teleserial, 2014) (27-ci bölüm) Qorxma, mən səninləyəm – Cəfərin yaraqlısı Qrinviç meridianından... kənarda (film, 2007) – polis rəisi Məhkumlar (film, 2006) – mayor Məriz (film, 2015) Nizami (film, 1982) – Dərbənd elçisi Pərvanələrin rəqsi (serial, 2012) – Hikmət Bədirli Salur Qazanın evi talandığı boy (film, 2001) – Aruz Qoca Sarı gəlin (film, 1998) – Rasim Sizi dünyalar qədər sevirdim (film, 1985) – general Həzi Aslanov Sonuncu dərviş (film, 2009) – Mircəfər Bağırov Sonuncu fəsil (teleserial, 2013) – polkovnik Xanlar Əfəndiyev Şər qarışanda (film, 2016) Taleyin qisməti (film, 1996-1997) Topal Teymur (film, 1983) – Divanbəyi Ümid (film, 1995) – molla Yad qızı (film, 1990) Yurd yeri – Fəxrəddin Yurd yeri 2 – Fəxrəddin Vicdan haqqı (teleserial, 2016) – prokuror Mahir Kərimov
İstinadlar
Xarici keçidlər İzlə (çarx) "Xəcalət" tamaşası Xaçmazda təqdim edilib Ramiz Novruz
Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Azərbaycan Respublikasının əməkdar artistləri Kateqoriya:Azərbaycan Respublikasının xalq artistləri Kateqoriya:Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunları Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri Kateqoriya:"Cəfər Cabbarlı" mükafatı laureatları Kateqoriya:Ümumşəhər qəbiristanlığında dəfn olunanlar Kateqoriya:Azərbaycan dramaturqları Kateqoriya:SSRİ dramaturqları Kateqoriya:Yasamal qəbiristanlığında dəfn olunanlar Kateqoriya:SSRİ aktyorları Kateqoriya:XX əsr aktyorları Kateqoriya:XXI əsr Azərbaycan aktyorları Kateqoriya:XXI əsr dramaturqları Kateqoriya:XX əsr dramaturqları Kateqoriya:XX əsr Azərbaycan aktyorları