Yamən Yusifov — () Azərbaycan Respublikası Prokurorunun müavini (1957–1962), III dərəcəli dövlət ədliyyə müşaviri (general).

Həyatı Yamən Yusifov 1924-cü ildə Ağdam şəhərində anadan olub.

Əslən Qarakilsə rayonunun Vağudi kəndindəndir.https://commons.wikimedia.org/wiki/File:Qarakils%C9%99_Va%C4%9Fudi_elm_adamlar%C4%B1.jpg

Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) hüquq fakültəsini bitirib.

1947-ci ildə Əzizbəyov rayon (indiki Xəzər rayonu) Prokurorunun köməkçisi kimi işə başlayıb, sonralar prokurorluq sistemində yüksək vəzifələrdə çalışıb.

1949–1953-cü illər ərizində prokurorluq orqanlarında müxtəlif şöbələrə rəhbərlik edib.

1953-cü ildən 1957-ci ilə kimi Azərbaycan SSR Prokurorluğunda Cinayət məhkəmə nəzarəti şöbəsinin rəisi işləyib.

1957–1962-ci illərdə Azərbaycan SSR prokurorunun müavini vəzifəsində çalşıb.

1962-ci ildən 1982-ci ilə qədər Dövlət Təhlükəsizlik Komitəsində (DTK) aparılan istintaq işlərinə nəzarət üzrə rəhbər şəxs olub.

Ona III dərəcəli dövlət ədliyyə müşavir (general) xüsusi rütbəsi verilmişdir.

1987-ci ildən prokurorluq orqanlarından təqaüdə çıxıb.

16 avqust 2013-cü ildə vəfat etmişdir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Azərbaycan generalları Kateqoriya:Azərbaycanlı generallar Kateqoriya:Azərbaycan hüquqşünasları Kateqoriya:Azərbaycanlı hüquqşünaslar Kateqoriya:Ağdamda doğulanlar Kateqoriya:Bakıda vəfat edənlər Kateqoriya:III dərəcəli dövlət ədliyyə müşavirləri