Oslo (norv. Oslo, 1624-cü ildən 1925-ci ilədək Kristianiya adlanıb) — Norveçin paytaxtı və ən böyük şəhəridir. Əhalisinin sayı 658.390What is the Capital of Norway? , Map Universal (1.403.268) nəfərdir (2018). Bunun 26%-ni immiqrantlar təşkil edir.
Şəhərin əsası təxminən 1040-cı ildə Kral Harald III tərəfindən qoyulmuşdur.
Maraqlı yerləri Akerhus qala-qəsri Norveç Mədəniyyət Tarixi Muzeyi (Norsk Folkemuseum) Silahlı Qüvvələr muzeyi Şəhər Darvazası – Nobel sülh mükafatı burada verilir. Tarix muzeyi Müasir sənətlət muzeyi Holmenkollen xizək tramplini – 1952-ci il Qış Olimpiya oyunlarının və Holmenkollen xizək festivalının keçirildiyi idman arenası Holmenkollen Xizək Muzeyi Kon-Tiki muzeyi Münk muzeyi Akerselva çayı Milli qalereya Norveç Dəniz Muzeyi Fram muzeyi-Fram gəmisinin nümayiş etdirildiyi muzey Oslo Şəhər Muzeyi Kral sarayı Heni-Onstad İncəsənət Mərkəzi Oslo (böyük) Kilsəsi Norveş Elm və Texnologiyalar Muzeyi Storting-parlament binası Vigeland parkı Vikinq Gəmi muzeyi Tryvannstårnet-tele-qülləsi
İqlimi Ümumilikdə mülayimdir, qış və yay aylarını müqayisə etdikdə havanın temperaturu kəskin fərqlənmir. Orta illik temperatur göstəricisi – +5.3 °C-dir. İyul ayı üçün orta temperatur – +16.6 °C, yanvar ayı üçün isı bu göstərici – −5.8 °C təşkil edir. Atmosfer yağıntılarının miqdarı kifayət qədər yüksəkdir. İllik orta yağıntı göstəricisi – 671 mm təşkil edir.
Tədris müəssisələri right|200px|thumb|Oslo universiteti Oslo Universiteti BI Norveç Biznes Məktəbi Norveçin İnformasiya Texnologiyaları İnstitutu/Norwegian School of Information Technology Oslo Memarlıq və Layihə İnstitutu/Oslo School of Architecture and Design Norveç Musiqi Akademiyası Norveç Hərbi Akademiyası
Hadisələr 2010 Avroviziya Mahnı Müsabiqəsi
İstinadlar