Ağıl oyunları ( — "Əla ağıl" ("dərrakə")) — iqtisadiyyat üzrə Nobel Mükafatı laureatı Con Forbs Neşin həyatından bəhs edən Silviya Nazarın eyni adlı kitabı əsasında hazırlanan Ron Hovardın bioqrafik drama filmi. Kitab 1998-ci ildə Pulitser mükafatına namizəd göstərilmişdir. Filmin ssenarisini Akiva Qoldsman yazmışdır. Filmdə baş rolu Rassel Krou oynamışdır, ondan başqa filmdə Cennifer Konnelli, Ed Harris, Kristofer Plammer və Pol Bettani çəkilmişdilər. Film dörd Oskar (Ən yaxşı film, Uyğunlaşdırılmış ssenari, Rejissorluq, İkinci planda qadın rolu — Cennifer Konnelli), Qızıl qlobus mükafatı (xüsusilə, Rassel Krou Ən yaxşı aktyor nominasiyasında qalib gəldi) və bir neçə BAFTA mükafatını qazandı. Filmin premyerası 21 dekabr 2001-ci ildə ABŞ-də baş tutdu. Film tənqidçilər tərəfindən rəğbətlə qarşılandı və dünyada 300 milyon dollardan çox gəlir əldə etdi.
Hekayə gənc dahi Con Neşin ilk illərindən başlayır. Onda hallusinasiyalarla müşayiət olunan paranoik şizofreniya inkişafına başlayır və işi, arvadı və dostları ilə olan vəziyyəti təhlükəli vəziyyətə çatana qədər şiddətlənir.
Film Neşin həyatının bəzi məqamlarının qeyri-dəqiq nümayiş etdirilməsinə görə tənqid olunmuşdur. Film, onun hallusinasiyalarını həm görmə, həm də eşitmədə hiss olunduğunu qələmə verdi, halbuki həyatda onlar tamamilə onun eşitmə qabiliyyəti ilə bağlı idi.
Süjet 1947-ci ildə ümidverən tələbə Con Neş Prinstona gəlir. Vəsvəsəli və qəribə xasiyyətə sahib Con ətrafındakılarla əlaqə qura bilmir və dərslərə belə girmir ki, tamamilə tədqiqatlara qərq olunsun. Parlaq gənc alim karyerasını Massaçusets Texnologiya İnstitutunda müəllim olaraq davam etdirir. Neşin diqqətini Alisiya adlı tələbələrdən biri cəlb edir. Onlar görüşməyə başlayırlar və tezliklə evlənirlər.
Günlərin birində Uilyam Parçer adlı bir agent Cona müraciət edərək, ona MKİ-nin xüsusi şöbəsində işləməyi təklif edir. Ona verilən tapşırıq şifrəli məlumatları axtarmaq üçün açıq mənbələrdə dərc olunmuş məlumatları təhlil etməkdən ibarət olur. Bu məlumatları ABŞ-nin düşmənləri bir-biri ilə bölüşürlər. Öz hesabatlarını Neş təyin olunmuş yerdə poçt qutusuna qoyur. Poçt qutusuna etdiyi səfərlərindən birində o, sui-qəsdçilər tərəfindən hücuma məruz qalır və möcüzəvi şəkildə ölümdən qaçır. Tezliklə MKİ üçün hazırladığı bütün işlərin yalnız onun xəyal məhsulu olduğu ortaya çıxdı. Agent Parçer, Prinstondaki otaq yoldaşı Çarlz Herman və onun qardaşı qızı Mersi əslində reallıqda olmadığı aşkar olunur. Con Neş şizofreniyadan əziyyət çəkən ağır xəstədir. Xəstəlik barədə öyrəndikdən sonra Alisiya mat qalır, amma təslim olmur, sevgisi ilə xəstəliyə qarşı çıxır. Uzun və çətin müalicədən sonra Neş xəstəliyi nəzarət altına almağı bacarır. Hallusinasiyalar alimdən əl çəkmirlər, lakin artıq onu başqaları üçün təhlükəli etmirlər və uzun fasilədən sonra Neş yenidən elm fəaliyyətinə qayıdır.
Oyunlar nəzəriyyəsi sahəsində verdiyi töhfələr və yenilikçi kəşflərinə görə onu nüfuz və şöhrət gözləyir. Nobel nitqi zamanı həyat yoldaşına anlayışı və dəstəyi üçün təşəkkür edir. Parçer, Çarlz və Marsi də zalda əyləşib onun çıxışını dinləyirlər.
Rollarda
İstehsalı Prodüser Brayan Qreyzer Silviya Nazarın kitabından bir hissəni ilk dəfə Vanity Fair jurnalında oxumuşdur. Dərhal sonra filmin hüquqlarını satın aldı. Nəticədə, o, Ron Hovardı layihəyə dəvət etdi, amma sonuncu çəkiliş cədvəlindən məmnun qalmamış və layihəyə qoşula bilməmişdir. Qreyzer sonradan söyləmişdir ki, bir çox "A" kateqoriyalı rejissorlar proyektə öz film görünüşü və iş cədvəli ilə gəlirdilər. Film rejissorluğuna namizəd kimi Robert Redford təklif olunsa da, çəkiliş cədvəli də onu qane etmədi. Qreyzer rejissor seçiminə çox ciddi yanaşdı, amma o an üçün yalnız Hovard boş idi. Prodüser qərar vermək məcburiyyətində qalmışdır, buna görə çəkiliş cədvəlində güzəştlərə getmiş və Hovardı seçdi.DVD-dən əlavə materiallar: "A Beautiful Partnership: Ron Howard and Brian Grazer" adlı sənədli filmi, 2002
Daha sonra Qreyzer ssenari müəllifi axtarmağa başladı və əsasən ciddi dramaturqlarla görüşürdü. Nəticədə prodüserin Akiva Qoldsmanın həvəs və layihəyə qoşulmaq üçün güclü istəyini nəzərə alaraq yoluna onunla davam etdirdi. Qoldsman ruhi xəstə insanlarla münasibətdə xeyli təcrübəyə sahib idi, çünki həkim olduğu dövrdə o, uşaqlar və böyüklərin zehni sağlamlığını bərpa etmək üçün şəxsən metodlar işləyib hazırlayırdı. Qoldsmanın yaradıcı yanaşması sayəsində filmin süjeti, müəyyən bir nöqtəyə qədər, tamaşaçılara imkan vermirdi ki, onlar filmdə baş verən reallığın qeyri-həqiqi olduğunu anlasınlar. Bu, tamaşaçıların özlərini Neş kimi hiss etmələri üçün edildi. Ancaq yenə də bir sıra epizodlarda bəzi qəhrəmanların ancaq Neşin ağlında mövcud olduqlarına diqqət yetirmək olar. Məsələn, xəyali dostunun qardaşı qızı ilə tanış olduğu epizodda qızcığaz göyərçinlərlə dolu çəmənlik üzrə qaçır və quşları qorxuzmağa çalışır, lakin onlar ona əhəmiyyət vermirlər. Hovard filmi bu ssenaridən çəkilməsinə razılığını verdi. O, Qoldsmandan təkçə sevgi xəttinin inkişafına xüsusi diqqət yetirməsini xahiş etdi.DVD-dən əlavə materiallar: "Development of the Screenplay" adlı sənədli filmi, 2002
Kolumbiya Universitetinin Barnard Kollecinin riyaziyyat professoru Deyv Bayer ilə filmdə peydə olunan riyazi tənliklər barədə məsləhətləşmə aparılmışdır. Bayer diqqətini, adi şeylər öyrətmək istəməyən və əksinə daha maraqlı tapşırıqlar üstündə fokuslanan qəhrəman üzərində cəmlədi. Rassel Krou məhz Bayerin göstərdiyi dolaşıq formulaları filmdə lövhə üzərində yazır. Filmdə bir neçə ilin keçməsinə baxmayaraq, Neşin kabinetində yerləşən lövhədə yazılan formulalar dəyişməz olaraq qalırlar. Bayer, filmin sonuna yaxın qələm təqdimetmə mərasimində Neşə qələm təhvil verən müəllimlərdən biri kimi kameo rolu qismində filmdə çıxış edir.
Baş qəhrəmanları yaşlanmış kimi təqdim etmək üçün filmə "Oskar" mükafatçısı Qreq Kennom cəlb edildi. Rassel Krou "İnsayder" filminin çəkilişləri zamanı Kennom ilə artıq işləmişdir. Hovard da Kennom ilə "Barama" filmi zamanı iş birliyi görmüşdür. Film bütövlüklə personajların inkişaf və qocalma mərhələlərinə bölünmüşdür və qrimin mürəkkəblik və səviyyəsi elə məhz bundan asılı idilər. Əvvəlcə bütöv film boyunca Rassel Krounu sadəcə yaşlanılmasına qərar verildi; bununla birlikdə, aktyorun təklifi ilə qrim ustaları onun üzünə həqiqi Con Neşə xas olan xüsusiyyətləri əlavə edirdilər. Kennom qrim sahəsində ən son vasitələrdən istifadə edirdi, məsələn, həqiqi dərini yamsılayan və makiyaj edilmə müddətini səkkizdən saatdan dörd saata qədər azalda bilən silikondan. Həmçinin, Krou yumulu ağızda dişlərin vəziyyətini dəyişən müxtəlif diş protezlərindən istifadə edirdi.DVD-dən əlavə materiallar: «The Process of Age Progression» adlı sənədli filmi, 2002
Hovard və Qreyzerin film üçün musiqi hazırlanmasını Ceyms Hornerə həvalə etmək səbəbləri onunla olan dostluq və onun ünsiyyət qurma bacarığı idi. Hovar Horner haqqında söyləmişdir ki, onunla danışmaq bir müəllif, aktyor və ya digər rejissorla danışmaq kimidir. Rejissorla bəstəkar arasında baş verən aramsız müzakirələr ali riyaziyyat nöqteyi-nəzərindən davam edirdilər, hansının ki mahiyyəti rəqəmlər və həll yollarından ibarət olmasından savayı daha çox fikirlərin inkişaf etdiyi və dəyişdiyi kaleydoskop bənzəyir. Filmin ilk nümayişindən sonra Horner Hovada demişdir ki, o, dəyişikliklərin hava kimi sürətli olduğunu görür. O, bu mövzunu filmin əsas qəhrəmanında baş verən dəyişiklikləri göstərmək üçün istifadə etdi. Horner Uelsdən olan müğənni Şarlotta Çerçi seçdi ki, onun soprano vokalından istifadə etsin, çünki bəstəkar uşaq və yaşlı insanın vokal səsləri arasında tarazlıq yaranmasını istədi. O, təkçə alətin səliqə, aydınlıq və parlaqlığını deyil, həm də insan səsinin vibrato ilə dəstəklənməsini istədi.DVD-dən əlavə materiallar:: "Scoring the Film" adlı sənədli filmi, 2002
Səhnələrin, demək olar ki hamısı məhz filmdə göstərildiyi ardcıllıqda çəkilmişdir. Prinston şəhərciyinə ayrı-ayrılıqda üç dəfə səyahət edilmişdir. Çəkilişlər zamanı Hovard, Neşin illüziyalarının həmişə əvvəlcə səs, sonra artıq vizual sıralama ilə təqdim edilməli olduğuna qərar verdi. Bu üsul, yalnız vizual təsviri təmin etmir, həm də görüntülərin Neşin gözləri ilə göstərilməsinə imkan verir. Qeyd olunmalıdır ki, Neşin hallusinasiyaları əsl həyatda ancaq səs şəklində peydə olurdu, o, vizual görüntülər görmürdü.DVD-dən əlavə materiallar: Ron Hovardın şərhləri, 2002 İki gecə çəkilişləri kampusu (Florem Park, Nyu-Cersi) və Vanderbilt Menşenin rəqs salonunda aparılmışdır. Gənc Con Neşin kurator professor Helincerə göstərdiyi əlyazma qismində, "Saziş yerinə yetirilməsi məsələsi" başlığı ilə Econometrica jurnalında dərc olunan həqiqi məqalədən istifadə olunmuşdur.
Bir sıra aktyorlar Con Neşin rolu üçün uyğun görülürdü, onlar arasında Brüs Uillis, Kevin Kostner, Con Travolta, Tom Kruz, Con Küsak, Çarli Şin, Robert Dauni, Nikolas Keyc, Conni Depp, Ralf Fayns, Cared Leto, Tom Henks, Bred Pitt, Alek Bolduin, Mel Gibson, Corc Kluni, Şon Penn, Qay Pirs, Metyu Broderik, Qari Oldmen və Kianu Rivz kimi tanınmış kino ustaları yer almışdılar. Çəkilişlər "Oskar" mükafatının təqdim edilməsindən bir gün sonra başladı, Rassel Krou həmin tədbirdə "Qladiator" filmində göstərdiyi oynuna görə ən yaxşı aktyor nominasiyasında qalib gəldi, bu səbəbdən prodüserlərin Krounu Neş roluna cəlb etmə təşəbbüsləri asan başa gəlmədi.DVD-dən əlavə materiallar: "Casting Russell Crowe and Jennifer Connelly" adlı sənədli filmi, 2002
Alisiya rolu üçün Porşa De Rossi, Ketrin Makkormak, Meq Rayan, Reyçel Qriffits və Amanda Pit kimi aktrisalar kastinqdən keçmişdilər. Lakin Rayan film istehsal olunmağa başlamazdan əvvəl layihəni tərk etdi. Salma Hayek da namizədlərdən biri idi və maraqlı an ondan ibarətdir ki, filmin qəhrəmanı Alisiya kimi o da El Salvadorda anadan olub. Prodüserlər əvvəlcə Alisiya rolu üçün Cennifer Konnelli haqqında düşünmürdülər. Bundan əvvəl o, Cared Leto ilə birlikdə "Bir röya üçün ağı" adlı filmdə baş rolda çəkilmişdir. Leto Con rolu üçün kastinqdən keçəndə Cennifer onunla üzbəüz əyləşib Alisiyanın mətnini oxuyaraq ona kömək edirdi (onlar bu cür dialoqlardan birini ifa edirdilər). Prodüserlər Leto ilə işbirliyini davam etdirmədilər, Konnellini isə Alisiya rolunda bəyəndilər. Ron Hovard onu və Alisiya Neşi təhsil və xarici görünüş kimi xüsusiyyətləri üzrə müqayisə etdi və nəticədə aktrisa rol üçün təsdiqləndi.
Lap başda, Çarlz Herman britaniyalı olmalı deyil idi; ancaq Bettani rejissor Brayan Helgelandın diqqətini "Cəngavərin hekayəsi" filmindən sonra cəlb etdi. Filmin yaradıcıları qəhrəmanın britaniyalı ola biləcəyinə razılıq verdilər.
Mükafatları və nominasiyaları MükafatKateqoriyaAdNəticəOskarƏn yaxşı filmBrayan Qreyzer, Ron HovardƏn yaxşı rejissorluqRon HovardƏn yaxşı kişi roluRassel KrouƏn yaxşı ikinci plan qadın roluCennifer KonnelliƏn yaxşı uyğunlaşdırılmış ssenariAkiva QoldsmanƏn yaxşı montajMayk Hill, Deniel HenliƏn yaxşı qrim və daramaQreq Kennom, Kollin KallahanƏn yaxşı musiqiCeyms HornerBAFTAƏn yaxşı filmBrayan Qreyzer, Ron HovardƏn yaxşı rejissorluqRon HovardƏn yaxşı kişi roluRassel KrouƏn yaxşı ikinci plan qadın roluCennifer KonnelliƏn yaxşı uyğunlaşdırılmış ssenariAkiva QoldsmanQızıl qlobusƏn yaxşı drama filmiƏn yaxşı rejissorluqRon HovardƏn yaxşı kişi rolu (drama filmində)Rassel KrouƏn yaxşı ikinci plan qadın roluCennifer KonnelliƏn yaxşı ssenariAkiva QoldsmanƏn yaxşı film musiqisiCeyms HornerABŞ Kinoaktyorlar Gildiyasının mükafatıƏn yaxşı aktyor heyətiƏn yaxşı kişi roluRassel KrouƏn yaxşı qadın roluCennifer Konnelli
Həqiqi bioqrafiya ilə uyğunsuzluqlar thumb|2006-cı ildə Con Neş|229x229px thumb|2006-ci ilin sentyabr ayında Rassel Krou|281x281px Film yaradıcıların məqsədi bioqrafiya filmini çəkmək deyil idi, Con Neşin həyatının kinematoqrafıya interpretasiyası onun real həyatında baş verən hadisələrdən əhəmiyyətli dərəcədə fərqlidir.