Qurban İsmayılov (tam adı: Qurban İbrahim oğlu İsmayılov; ) — Azərbaycanlı teatr və kino aktyoru, Azərbaycan Respublikasının xalq artisti (2018), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2023-cü ildən).

Həyatı Qurban İsmayılov 1960-cı ildə Ağcabədi rayonunda doğulub.. Orta təhsilini Ağcabədi şəhər 2 saylı orta və Bakıda 3 saylı orta texniki peşə məktəbində alıb.Şirxan Aranlı, A Ğ C A B Ə D İ (Ensiklopedik toplu).Bakı, Zərdabi-2021.səh. 643 1985-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirib. Bir müddət "Nəsimi" folklor teatrında, ADMİU-nun Tədris teatrında işləyib.1989-cu ildən Azərbaycan Dövlət Gənclər Teatrının, 2009-cu il may ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorudur. Mükafatları 1995-ci ildə Teatr Xadimləri İttifaqı tərəfindən keçirilən "I Eksperimental Tamaşalar Festivalı"nda S. Mrojekin "Mühacirlər" əsərində ifa etdiyi 2-ci mühacir roluna görə "Ən yaxşı kişi rolu" nominasiyasında mükafata layiq görülüb. 1993-cü ildən Azərbaycan Teatr Xadimləri İttifaqının, 2006-cı ildən Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvüdür. 2014-cü ilin aprel ayının 13-də Beynəlxalq mədəni əlaqələrin möhkəmləndirilməsi sahəsində əldə etdiyi uğurlara görə Kalmıkiya Respublikası Mədəniyyət Nazirliyinin Fəxri Fərmanı ilə mükafatlandırılmışdır.

9 may 2012-ci il tarixdə Əməkdar artist, 1 avqust 2018-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülmüşdür. 2013-cü ildə, 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə, 10 may 2019-cu ildə, 7 may 2020-ci ildə, 7 may 2021-ci ildə və 10 may 2022-ci ildə Prezident Mükafatına layiq görülmüşdür. 2014-cü ildə "Mən gəldim, qızlar" ("Müharibə") əsərində canlandırdığı kor ata obrazına görə "Humay" mükafatına layiq görülüb.Qurban İsmayılov "Humay" mükafatı ilə təltif olunub 2017-ci ildə "Nar bağı" filmindəki roluna görə, 13-cü Avrasiya Beynəlxalq Film Festivalında "Ən yaxşı kişi rolu" mükafatına layiq görülüb.

10 mart 2021-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi "Sənətkar" medalı təltif olunub.

6 may 2023-cü ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.

Teatr səhnəsindəki rolları Leyli və Məcnun (M. Füzuli) — müəllif Qurbanəli bəy (C. Məmmədquluzadə) — Qurbanəli bəy Ölülər (C. Məmmədquluzadə) — Hacı Həsən ağa Hamlet (V. Şekspir) — Hamlet Maqbet (V. Şekspir) — Maqbet Yay gecəsində yuxu (V. Şekspir) — Gövdə Nik Tədbirə qarşı tədbir (V. Şekspir) — komendant Qətl günü (Y. Səmədoğlu) — Doktor Mahmud Generalın son əmri (V. Səmədoğlu) — Stalin İntihar (V. Səmədoğlu) — Aşot IV Kin (Q. Qorin) — Edmund Kin Nerostratı unudun (Q. Qorin) — Nerostrat Bir az gəlirmisiz (Ə. Nesin) — Mateh usta Şah İsmayıl və yaxud hamı səni sevənlər burdadı (K. Abdulla) — professor Kim dedi ki, simurğ quşu var imiş (K. Abdulla) — kapitan Yaşayan ömür (T. Qurban) — Hacı Zeynalabdin Tağıyev Şeyx Sənan (H. Cavid) — Platon Hekayəti-xırs-quldurbasan (M. F. Axundov) — divanbəyi Viktoriya (K. Hamsun) — müəllim Axır ki, qurtardı (P. Turrini) — kişi Romeo və Cülyetta (V. Şekspir) — Lorenso Mən gəldim, qızlar (L. Nuren) — D Konnemarada bir kəllə (M. Makdonax) — Mik Daud Xortdanın cəhənnəm məktubları (Ə. Haqverdiyev) — dərviş

Filmoqrafiya Altı nömrəli palata (film, 1994) Güllələnmə təxirə salınır! (film, 2002) Bir anın həqiqəti (film, 2003) Lal (film, 2003) Oyun (film, 2003) Girov (film, 2005) Yalan (film, 2005) Rami (film, 2007) Günaydın, mələyim! (film, 2008) Qala (film, 2008) Teatral həyat (film, 2009) İstanbul reysi (film, 2010) Tabutçunun yelləncəyi (film, 2012) Dərvişin qeydləri (film, 2013) Qisas almadan ölmə. Keçmişdən məktublar (film, 2013) Aydın Çaqqal nəfəsi (film, 2013) Rəssam (film, 2015) (qısametrajlı bədii film) Yarımçıq xatirələr (film, 2015) 100 kağız (film, 2015) Əli və Nino (film, 2015) Xeyirlə şərin rəqsi (film, 2015) Ayaqqabı əməliyyatı (film, 2016) Cehizsiz Gəlinlər(teleserial) Ata ocağı (film, 2017) (bədii serial) Nar bağı (film, 2017) Son iclas (film, 2018) Əlvida, Şmidt! (film, 2019) Daxildəki ada (film, 2020) Olimpia (film, 2021) Suğra və oğulları (film, 2021) Mərmər soyuğu (film, 2022) Bu şəhərdə kimsə yoxdur (serial) Vətəndaş A (serial, 2024) Tağıyev. Neft (film, 2024) Tağıyev. Çar (film, 2025) Tağıyev. Sona (film, 2025) Tağıyev. Məktəb (film, 2026) Vaxtsız Sevgi(teleserial) Xəyanət(teleserial)

İstinadlar

Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Ağcabədidə doğulanlar Kateqoriya:Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunları Kateqoriya:Azərbaycan Respublikasının xalq artistləri Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri Kateqoriya:Azərbaycanın televiziya aparıcıları Kateqoriya:XXI əsr Azərbaycan aktyorları Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin mükafatı laureatları