Ariadna Vsevolodovna Şengeleya () — sovet və rus aktrisası, Gürcüstan SSR və Rusiyanın xalq artisti.
Həyatı Ariadna Şengelaya (Ariadna Şprink) 13 yanvar 1937-ci ildə Daşkənddə anadan olub. ÜDKİ-də təhsil alıb (1960). "Yevgeni Onegin" filmində canlandırdığı Tatyana Larina obrazına görə II Ümumittifaq Kinofestivalının "Aktyorlar üçün mükafat" nominasiyasının laureatı olub. Tbilisidə Rus Dram Teatrında, "Gürcüstanfilm"də (1960-1980), M.Qorki adına kinostudiyada (1980) çalışıb. Eləcə də C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi bir neçə filmdə çəkilmişdir. Gürcüstan SSR-in (1979) və Rusiyanın (2002) xalq artistidir.
Filmoqrafiya Yevgeni Onegin (film, 1958) Romeo mənim qonşumdur (film, 1963) Qəm yemə! (1969) Ən vacib müsahibə (film, 1971) Bizi bağışlayın (film, 1979)
Mənbə Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 498.
Kateqoriya:SSRİ aktrisaları Kateqoriya:Gürcüstan aktrisaları Kateqoriya:Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun məzunları Kateqoriya:Gürcüstanın "Şərəf" ordeni ilə təltif edilənlər Kateqoriya:XX əsr aktrisaları Kateqoriya:XXI əsr aktrisaları